Sağlamlıq imkanları məhdud olan uşaqların yaradıcılıq qabiliyyəti inkişaf etdiriləcək
24 May 2016 11:22 Sosial"Regional inkişaf üzrə maarifləndirmə" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Sağlamlıq imkanları məhdud olan uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi" layihəsinin icrasına başlayıb. Layihə rəhbəri Aynur Əliyeva "OLAYLAR"-a bildirib ki, layihənin əsas məqsədi - Gəncə-Qazax iqtisadi rayonu üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunmalarına dəstək verməkdir. Layihə çərçivəsində reabilitasiyaya cəlb olunmuş 20 nəfər uşağın valideynlərinin psixoloji və sosial-hüquqi reabilitasiyası təşkil olunacaq. Ən əsası isə uşaq və yeniyetmələrdə yaradıcılığa təşəbbüs meylləri güclənəcək və onlarda əmək yönümlü peşələrə maraq artacaq.