Qarabağ gənclərin təqdimatında
24 May 2016 11:21 Sosial28 may - Respublika günü ilə əlaqədar Qarabağ mədəniyyətinin, incəsənəti, ədəbiyyatı, mətbəxi və digər dəyərlərinin gənclər tərəfindən təqdim edilərək təbliğ edilməsi məqsədi ilə Gənclər və İdman Nazirliyi tərəfindən "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai birliyi ilə birgə "Qarabağ gənclərin təqdimatında" adlı tədbirin keçirilməsi nəzərdə tutulub. GİN-dən "OLAYLAR"-a bildirilib ki, gənclər tədbirdə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinə Qarabağ mədəniyyətini təqdim edəcək, onlara Vətən sevgisini bir daha nümayiş etdirəcəklər.Tədbirdə Qarabağın görkəmli şəxsləri, simvol və tarixi abidələri, sənətkarlıq nümunələrindən ibarət sərgi və gənc musiqiçilərin, rəqqasların, aktyorların ifasında mədəni proqramın təşkili nəzərdə tutulur.