“İrəvanın qəsb edilməsinin 100-cü ildönümü və həqiqətlər” mövzusunda konfrans keçiriləcək
24 May 2016 11:18 Sosial"İrəvanın qəsb edilməsinin 100-cü ildönümü və həqiqətlər" mövzusunda konfrans keçiriləcək. Bu barədə məlumatı "OLAYLAR"-a Beynəlxalq Diaspora Mərkəzinin İcra Aparatının rəhbəri Samir Adıgözəlli verib. Bildirib ki, konfransın mayın 27-də keçirilməsi nəzərdə tutulub: "Beynəlxalq Diaspora Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq konfransda millət vəkilləri, tanınmış tarixçilər, araşdırmaçılar iştirak edəcək". Samir Adıgözəlli bildirib ki, konfransda ermənilərin tarixən Azərbaycan ərazilərində həyata keçirdikləri separatçılıq və terrorizm əməlləri, onun xalqımıza vurduğu zərərlər barədə danışılacaq: "Sonda beynəlxalq təşkilatlara Ermənistanın bu əməllərinə siyasi qiymət verilməsi üçün müraciət ünvanlanacaq"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00