Xarici dil öyrənməyin - Qaydaları

Fizizki sərhədlərin önəm daşımadığı günümüzdə fərdi dil və ünsiyyət bacarıqları artıq dünyanın böyüklüyünü təyin edir. Bu səbəbdən bir xarici dil öyrənmək fərdi və ictimai inkişafın olmazsa olmazları arasındadır. Xarici dili asan şəkildə öyrənənlər heç nədən çəkinməyən, hər daim öyrənmə həvəsində olan və hər şeydən əvvəl güclü bir öyrənmə səbəbi olan insanlardır.

Elmi məlumatların az qala hamısının İngilis dilində olan günümüzdə elə bu İngilis dilini öyrənməyimizə ən böyük səbəb ola bilər.

Hər bir məsələdə olduğu kimi dil öyrənməyin də bir çox vacib məqamları var. Bu gün sizlərə dil öyrənməyin qızıl qaydaları adlı yazımızı təqdim edirik. Buyurun tanış olun.

Öyrənmək üçün güclü bir səbəbi olmalı!

Xarici dil öyrənməyə qərar verdikdən sonra insanın özünə mütləq güclü bir öyrənmə səbəbi təmin etməsi və bunu prioritet hədəf halına gətirməsi lazımdır. İnsan həqiqi və qısa müddətli hədəflərə çatdıqca bir sonrakı mərhələ üçün özündə çox daha böyük güc və iş əzmi hiss edəcəkdir.

Səhv etməkdən qorxmayın!

Hər hansı bir dil öyrənməkə olanaların səhv etməkdən qorxmamamalıdırlar. Kimsənin iməkləmədən gəzə bilməycəyi kimi, səhvlər etmədən, səhvlərindən nəticə çıxartmadan öyrənmək çox çətindir. Unutmamaq lazımdır ki, xarici dili ən asan öyrənənlər bu mövzuda heç nədən çəkinməyən, hər daim öyrənmə həvəsində olandır.

Dil öyrənmək istəyənlərə vacib xəbərdarlıqlar

* Ən asan necə öyrənərəm deyil, "ən yaxşı necə öyrənərəm" haqqında fikirləşin

* Həyatınz boyu sizə xidmət edəcək dili öyrənməyə diqqətli və çalışqan olun.

* Hər gün və nizamlı çalışın.

* Bir sonrakı gün öyrənəcəklərinizin zəmanəti əvvəlki günün təcrübələri olduğunu unutmayın.

* Öyrəndiyiniz dili maraq dairənizlə birləşdirin. Öyrənməyi zövqlü hala gəlirin.

* Özünüz üçün ən uyğun iş və öyrənmə üsullarını kəşf edin.

* Şəxsi fərqliliklərinizin öyrənmə tərzinizə yansıyacağının fərqində olun.

* Xarici dil hazırlıq kursu əsla itirilmiş bir il olaraq  dəyərləndirilməməlidir.

* Dil öyrənmənin insan beyni üzərindəki müsbət təsirlərini unutmayın.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00