“Tarixin canlı səhifələri” IV Gənclər festivalı keçiriləcək
20 May 2016 16:55 SosialMayın 21-də Gənclər və İdman Nazirliyi tərəfindən Dövlət Sərhəd Xidməti və Gəncə şəhər İcra Hakimiyyəti ilə birgə Gəncə şəhərində "Tarixin canlı səhifələri" IV Gənclər festivalı keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a nazirliyin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, tədbir Gəncə şəhəri "Yeni qızılca" ərazisində (Daşkəsənə gedən yolda ) keçiriləcək. Tədbirdə nazirlər Azad Rəhimov, Elçin Quliyev, Milli Məclisin deputatları və digər rəsmilər iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00