Səbail məktəblilərinin Sağlamlıq Forumu keçirildi

Gənclər üçün Təhsil Mərkəzi bu gün Səbail rayonunda növbəti "Məktəblilərin Sağlamlıq Forumu"nu təşkil edib. Mərkəzdən "OLAYLAR"-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəklədiyi forumda yüzlərlə Səbail məktəblisi iştirak edib. Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə Forumun rəsmi açılışı zamanı sağlam cəmiyyətin qurulmasında sağlamlıq imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyasının əhəmiyyətini qeyd edərək , bu işdə hər bir şəxsin vətəndaş məsuliyyəti olduğunu bildirmişdir. O, məktəblilərin fiziki və düşüncə olaraq sağlam inkluziv cəmiyyətdə əlilliyi olan şəxslər ilə birgə təhsilin tövhəsindən danışaraq, bu təhsil vasitəsilə sağlamlıq imkanları məhdud şəxslərı zəruri bilik, bacarıq və vərdişlər aşılmaqla, ailə həyatına hazırlanmasını təmin etməklə sağlam cəmiyyət qurmağın mümkünlüyünü qeyd edib. Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov çıxış edərək, bu Forumda Səbail rayonunun bütün məktəblərinin iştirakının önəmindən danışaraq, bu işlər mütəmadi davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00