Deputat: “Azərbaycanda aparılan pul-kredit siyasəti narahatlıq doğurur”

"Dünyada yaşanan qlobal-maliyyə iqtisadi böhran ötən il Azərbaycana iqtisadiyyatına da müəyyən mənfi təsirlərini göstərib. Bu proseslər neftin qiymətinin azalmasına, manatın iki dəfə devlvasiyasına gətirib çıxarıb. Ancaq bununla belə, Azərbaycan ÜDM-də bir faizlik artıma nail olub. İnflyasiyada böyük yüksəliş olmayıb". Bunu deyən millət vəkili Vahid Əhmədovun sözlərinə görə, sosial evlərin tikilməsi, sosial ipoteka kreditləri məsələlərində ötən il problemlərin yaşanmadığını qeyd etsə də, millət vəkili təklif edib ki, bu məsələ 2016-cı ilin büdcəsinin icrasında da ön yerdə saxlanılsın: "Eyni zamanda, Azərbaycanda aparılan pul-kredit siyasəti bizdə narahatlıq doğurur. Bank sistemi demək olar ki, çöküb. Nə fiziki, nə hüquqi şəxslər kreditlər ala bilir, faizlər yenə də yüksək həddəddir. İnsanlar kreditlərini ödəməkdə çətinlik çəkirlər, onlarda naümidlik var. Bizim bu məsələ ilə bağlı 14 səhifəlik təkliflər paketimiz də var və onu üç quruma təqdim etmişik, hazırda cavab gözləyirik. Yəni, pul-kredit sistemində, bank sektorunda yaranan məlum vəziyyət kompleks şəkildə müzakirə olunmalı və müvafiq addımlar atılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00