Azərbaycanda süd sammiti və pendir forumu keçiriləcək

Azərbaycanda "IV Yay Süd Sammiti" və "II Beynəlxalq Pendir Forumu" keçiriləcək. "Olaylar" Kənd Təsərrüfatı Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 23-dən 26-dək Rusiya Kənd Təsərrüfatı Nazirliyinin, Rusiya Dövlət Dumasının Aqrar Məsələlər üzrə Komitəsinin, Rusiyanın, eləcə də bir çox ölkələrin aparıcı süd istehsalçılarının və emalçılarının dəstəyi ilə "IV Yay Süd Sammiti", "II Beynəlxalq Pendir Forumu" keçiriləcək. Tədbirdə MDB, Avropa Birliyi və digər ölkələrin süd istehsalçıları və emalçıları arasında əməkdaşlıq əlaqələrinin yaradılması nəzərdə tutulub. Nazirlik tədbirdə iştirak etmək istəyən yerli istehsalçılardan təkliflər gözləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00