Gənclərin vətənpərvərlik hisslərinin formalaşmasına dəstək verilir

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Uğur" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi  "Gənclərdə vətənpərvərlik hisslərinin formalaşmasına dəstək" layihəsi çərçivəsində ilk tədbirini keçirib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə qonaq qismində Milli Məclisin deputatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aqil Abbas iştirak edib. İctimai Birliyin sədri Əlövsət Allahverdiyev giriş sözündə indiki dövrdə gənclərə vətənpərvərlik hisslərinin aşılanmasının daha çox lazım olduğunu bildirib:"Çünki bir çoxları vətənpərvər olmaq üçün hansı addımları atmağın lazım olduğunu bilmirlər və onu öyrənmək arzusundadırlar". Daha sonra çıxış edən Mütəllim Rəhimov qeyd edib ki, insanın ən ali və əzəli hisslərindən olan vətənpərvərliyin hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Mövzu ilə bağlı geniş çıxış edən millət vəkili Aqil Abbas bildirib ki, vətənpərvərlik təkcə vətəni sevmək deyil: "Vətənpərvərlik həm də vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00