Dünya İslam Forumu keçiriləcək
19 May 2016 17:06 SosialMay ayının 24-25-I tarixlərində Dünya İslam Forumu keçiriləcək. İranın Yəzd şəhərində baş tutacaq forumun təşkilatçısı Türk Asiya Strateji Araşdırmalar Mərkəzidir. "OLAYLAR"-ın mərkəzə istinadən verdiyi xəbərə görə, forumun keçirilməsində məqsəd İslam dünyasında fikir, söz birliyinə nail olmaq, bu coğrafiyada mövcud olan problemlərin həlli məqsədilə səylərin artırılması, İslam ölkələrinin imicinin yaxşılaşdırılması və həqiqi İslam birliyinin möhkəmlənməsinə səy göstərməkdir. Forumda "İslam iqtisadiyyatı modeli və təhlükəsizlik", "İslamda sosial dövlət modeli və təhlükəsizlik", "Mədəniyyətlərarası əlaqələr", "Terrorla mübarizədə ortaq dəyərlər" və s. mövzularda müzakirələr, panel iclasları keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00