Azərbaycan komandasından 5 medal
19 May 2016 16:27 SosialGürcüstanın paytaxtı Tbilisidə kyokuşinkay və şinkyokuşinkay karate üzrə Avropa çempionatı keçirilib. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan komandası çempionatda 5 medal qazanıb. Çempionatda kişilər arasında 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Səlahət Həsənov qızıl medala layiq görülüb. Valeh Cəfərov (65 kq), Yasir Məmmədov (85 kq) və Mübariz Ağamalıyev (85 kq) isə bürünc medallara sahib olublar. Gənclər (16-18 yaş) arasında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Kərim Kərimov gümüş medal qazanıb.
Qeyd edək ki, çempionatda idmançılarla yanaşı, hakimlərimiz - Allahverdi Rüstəmov, Qabil Sayadov, Namiq Vəliyev, Mübariz Məlikov, Əbülfət Hacızadə, Mehdi Əhmədov və Samir Fərzəliyev də iştirak ediblər.