BANM beynəlxalq konfransda təmsil olunub
19 May 2016 16:26 SosialBakı Ali Neft Məktəbinin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Ramiz Hümbətov Gürcüstanın Tbilisi şəhərində keçirilən "Qlobal və regional kontekstdə universitetin rolunun dəyişməsi" mövzusuna həsr olunmuş Qara Dəniz Regionu Universitetləri Şəbəkəsinin 12-ci konfransında iştirak edib. "OLAYLAR"-ın xəbərinə görə, konfransın "Rəqəmsallaşdırmanın dəstəklənməsi və İnternet texnologiyalarının gələcəyi ilə bağlı cari çağırışlar" mövzusuna həsr olunmuş 1-ci sessiyasında R.Hümbətov "Mütəxəssis hazırlığına yeni yanaşma" mövzusunda məruzə ilə çıxış edib, BANM-in yaranma tarixi, qarşısında duran vəzifələr, tədrisin təşkili və istehsalatla sıx əlaqəsinin təmin olunması, beynəlxalq əlaqələri, tələbələrin elmi fəaliyyətə cəlb olunması haqqında məlumat verib. Konfransın proqramı çərçivəsində professor R.Hümbətov bir sıra işgüzar görüşlər də keçirib.