Yeraltı qaz anbarlarına 382 milyon 438 min kubmetr qaz vurulub

Payız-qış mövsümü üçün SOCAR-ın "Qaradağ" və "Qalmaz" qaz anbabarlarına təbii qazın vurulması uğurla davam etdirilir. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə, bu proses mövcud qrafikə uyğun olaraq, mart ayının sonlarından başlanılmışdır və cari ilin noyabr ayında başa çatdırılacaq. Cari il mayın 18-ə kimi anbarlara ümumilikdə 382 milyon 438 min kubmetr qaz vurulub ki, bunun da 134 milyon 195 min kubmetri "Qalmaz", 248 milyon 243 min kubmetri isə "Qaradağ" qaz anbarlarının payına düşür. Hazırda ötən mövsümdən qalıq qazla birlikdə anbarlardakı aktiv qazın miqdarı 1 milyard 363 milyon 313 min kubmetr təşkil edir ki, bu həcmin də 632 milyon 631 min kubmetri "Qalmaz", 730 milyon 682 min kubmetri isə "Qaradağ" qaz anbarlarının payına düşür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00