Silsilə oğurluqla məşğul olan dəstə aşkar edilib
19 May 2016 16:21 SosialPaytaxtda sisilə oğurluqla məşğul olan dəstə saxlanıb. DİN-dən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 34-cü və 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 14-16-da paytaxt sakinləri İ.Xanverdiyevaya, E.Kərimova və H.Həsənova məxsus mağazalardan pul, danışıq kartları, tütün məmulatı, ərzaq məhsulları və məişət əşyaları oğurlamış Gəncə şəhər sakini Nikolay Mirasliçenko, Ağdaş rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Şahmurad Xudaverdiyev və Validə Məmmədova tutulublar. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00