Siyasət
Nizami Cəfərov: "Prezidentimiz qaçqın və məcburi köçkünlər məsələsinə çox həssas yanaşır"
"Bizim dövlətimiz, xüsusilə də prezidentimiz qaçqın və məcburi köçkünlər məsələsinə çox həssas yanaşır. Prezident İlham Əliyevin bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı fərman imzalaması onların həyat şəraitinin yaxşılaşdırılması üçün atılmış növbəti addımdır".
Monteneqro Prezidenti Azərbaycana gəlir
Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç və xanımı Svetlana Vuyanoviç V Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya gələcək.
Cəbhə xəttində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 16-da Tovuz rayonunun Koxanəbi kəndinin yaxınlığından keçən Azərbaycan Respublikası və Ermənistan dövlət sərhədində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Prezidentin imzaladığı fərman dövlət başçısının məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının təzahürüdür
«Azərbaycanda həyata keçirilən sosial siyasət Ermənistanın işğalı nəticəsində doğma ev-eşiklərindən didərgin düşən qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həllinə münasibətdə özünü açıq ifadə edir». “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli səsləndirib. O, bildirib ki, Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib: “Dövlət başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayıb və onların həlli ilə bağlı zəruri tədbirlər görüb.
Ermənistan 32 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub.
Nalbandyan-Lavrov görüşündə Qarabağ nizamlanması müzakirə olunacaq
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan fevralın 21-22-də Rusiyaya səfər edəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Özbəkistan məhkəməsi ermənilərin tarixçi Şuxrat Salamov haqqında qaldırdığı iddiaları əsassız sayıb
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, daşnakların Türküstanda törətdiyi qətliamlar barədə kitablar yazan özbək tarixçisi Şuxrat Salamov (Barlas) haqqında ermənilərin irəli sürdüyü ittihamlara Daşkənd şəhərinin Çilanzar rayon məhkəməsində baxılıb və onun haqqında qaldırılan iddialar əsassız sayılıb.
Ordu müharibəyə hazır vəziyyətə gətirildi
Deputat: “Prezidentin Sərəncamı ilə humanitar yanaşma ortaya qoyulub”
“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamı və sənəddən irəli gələn məsələlərlə bağlı hümanitar yanaşma ortaya qoyulub”. Bunu millət vəkili Rövşən Rzayev deyib.
Prezidentin sərəncamı penitensiar sahədə fəaliyyət göstərən dövlət orqanları üçün “yol xəritəsi” olacaq
Azərbaycan Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli sərəncamı Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir.
Aydın Mirzəzadə: "Bu, Azərbaycan dövlətçiliyində inqilabi bir sərəncamdır"
Prezident İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamı Azərbaycan dövlətçiliyində inqilabi bir sərəncamdır.














