Siyasət

Ekspert: "Prezidentin fərmanı öz yurd-yuvasından didərgin düşmüş insanlara növbəti dövlət qayğısıdır"

15 Fevral 2017 14:18

"Azərbaycan prezidenti İlham Əliyevin bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı fərmanı öz yurd-yuvasından didərgin düşmüş insanlara növbəti dövlət qayğısıdır".

Məlahət İbrahimqızı: "Sərəncam humanizmə əsaslanıb"

15 Fevral 2017 14:14

“Prezidentin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı haqq-ədalətə, humanizmə, sosial prinsiplərə əsaslanıb”. Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.

Deputat: "Prezidentin fərmanı məcburi köçkünlərin problemlərinin həllinə ciddi təsir göstərəcək"

15 Fevral 2017 14:09

"Bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı fərman məcburi köçkünlərin problemlərinin həllinə ciddi təsir göstərəcək".

Rusiya XİN: Biz öz ərazimizi qaytarmırıq

15 Fevral 2017 13:55

Rusiya Xarici İşlər Nazirliyi Ağ Evin Krımla bağlı bəyanatına münasibət bildirib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqdə bildirib ki, Moskva öz ərazilərini qaytarmır: “Biz öz ərazimizi qaytarmırıq. Krım Rusiya Federasiyasının ərazisidir”.

Zaxarova: “Azərbaycanda həbsdə olan Ueldanovun saxlanma şəraiti Avropa standartlarına uyğundur”

15 Fevral 2017 13:51

Rusiya Xarici İşlər NazirliyiAzərbaycanda həbsdə olan digər Rusiya vətəndaşı Marat Ueldanov ətrafında yaranan vəziyyətə münasibət bildirib.

Azərbaycan XİN başçısı Münhendə həmsədrlərlə görüşəcək

15 Fevral 2017 13:49

Münhen Təhlükəsizlik konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub. Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Rusiya XİN Lapşinin Azərbaycana ekstradisiyasına yenidən münasibət bildirib

15 Fevral 2017 13:46

Rusiya Xarici İşlər Nazirliyi bloger Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsinə yenidən münasibət bildirib.

Struktur islahatları davamlı olacaq

15 Fevral 2017 13:43

Dünya Bankı hələ ötən il 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatında  Azərbaycanı ən çox islahatlar aparan üç ölkədən biri olduğunu qeyd edib. Hesabatda Azərbaycan 65-ci pillədə qərarlaşıb. Sənədə  əsasən, Azərbaycan dünyada üç və daha çox islahat aparan 29 ölkədən biridir.

Prezident Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə mənzil bağışladı

15 Fevral 2017 13:12

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir.

“Olland artıq pensioner olduğundan ağzına gələni danışır”

15 Fevral 2017 13:04

Ermənistanın cəbhə xəttində uğursuzluqları diplomatik sahədə də təkrarlanmaqdadır. Hələ ötən ilin aprel ayında aldığı ağır zərbələrdən özünə gəlməyən Ermənistan indi də diplomak sahədə məğlubiyyətilə barışmaq zorunda qalıb.

Dağlıq Qarabağda hərbi vəziyyət elan edilə bilər

15 Fevral 2017 13:02

Milli Məclis “Hərbi vəziyyət haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edib. Qanun  Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.

Dövlət başçısından məcburi köçkünlərə daha bir dəstək

15 Fevral 2017 12:59

Azərbaycan dövləti və onun prezidenti İlham Əliyevin həyata keçidiyi social siyasət bir sıra ölkələrə nümunə kimi təqdim edilə bilər. Xüsusilə, dünya ölkələrində qaçqın və məcburi köçkünlərin sayının artması, miqrant məsələsinin aktuallaşmsı bir daha göstərdi ki, belə bir çətin şəraitdə bu kateqoriyadan olan insanların sosial problemlərini həll etmək elə də asan məsələ deyil. Çünki dövlətlərin kifayət qədər maliyyə ehtiyatı olsa belə, idarəetmədəki çüzi səhv bu həssas təbəqədən olan insanlarla bağlı yürüdülən siyasəti alt-üst edə bilər.

Zaxarova: "Azərbaycanlı həmkarlarımızla Dağlıq Qarabağ mövzusunu müzakirə edəcəyik"

15 Fevral 2017 12:55

"Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüşün keçiriləcəyi barədə məlumat yoxdur".

Deputat: "Ağır cinayət törətməyən şəxslərin cəmiyyətə qaytarılması..."

15 Fevral 2017 12:49

Bəzən hansısa gənc xırda xuliqanlığa görə cəzaçəkmə müəssisələrinə salınır. Prezident İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamı ağır cinayət törətməyən insanların yenidən cəmiyyətə, normal fəaliyyətə qaytarılması baxımından çox təqdirəlayiqdir.