Siyasət

Ermənistanın “referendum” təxribatı

15 Fevral 2017 18:03

İnsanlıq əleyhinə olan  Xocalı soyqırımının ildönümü yaxınlaşdıqca ermənilər tərəfindən təxribat xarakterli addımların sayı artmaqda davam edir. Demək olar ki, erməni təxribat şəbəkəsi ölkəmizə qarşı genişmiqyaslı hücuma keçib. Cəbhə xəttində birmənalı şəkildə uduzan Ermənistan indi dövlət səviyyəsində  təxribata əl atıb. Məlumata görə, Ermənistan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində “referendum” keçirməyi planlaşdırır.

Bolqarıstan səfiri: "Cocuq Mərcanlı kəndində Azərbaycan xalqının vətənpərvərlik ruhunu hiss etdik"

15 Fevral 2017 17:48

İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfərin təşkili yaxşı ideya idi. Bunu Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova Azərbaycanda qeydiyyatdan keçmiş diplomatik missiya rəhbərlərinin erməni işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini ziyarəti zamanı deyib.

Fransalı senator: "Azərbaycanın işğal olunmuş ərazilərində "referendum"u heç kim legitim hesab edə bilməz"

15 Fevral 2017 17:40

Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı seçkinin və ya referendumun keçirilməsini heç kim legitim hesab edə bilməz. Bu sözləri  Fransa Senatının xarici işlər komitəsinin sədr müavini Natali Qule deyib.

“Bəzi bələdiyyə sədrləri özlərini idarə müdiri kimi hiss edir”

15 Fevral 2017 16:45

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik hesabatı parlamentə təqdim edib. Hesabatda bildirilir ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan 27 müraciətlə əlaqədar inzibati araşdırma aparılıb. 9 fakt üzrə xırda nöqsan xarakterli yerli pozuntular aşkarlanıb.

XİN "Amnesty İnternational”-ın Aleksandr Lapşinlə bağlı bəyanatına münasibət bildirib

15 Fevral 2017 16:33

"Amnesty İnternational”-ın Aleksandr Lapşinin işi ilə əlaqədar verdiyi bəyanatı ikili standartların ifrat nümunəsidir".

Musa Quliyev: "Dəyişiklik məcburi-köçkünlərə diqqətin ifadəsidir"

15 Fevral 2017 15:55

“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmana dəyişikliyin edilməsi Ölkə başçısının humanist siyasətinin təzahürüdür”. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

Ukraynanın sabiq prezidentləri Qlobal Bakı Forumunda iştirak edəcək

15 Fevral 2017 15:50

Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko Bakıda bir araya gələcək. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub.

Millət vəkili: "Sərəncam insanların islah olunmasına imkan verəcək" 

15 Fevral 2017 15:43

“Prezidentin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı islahat xarakterli olmaqla yanaşı, humanist  prinsiplərə əsaslanır”. Bunu millət vəkili Fərəc Quliyev deyib.

Kremlin adamı 3 gün sonra Qarabağda baş verəcək qorxulu SSENARİNİ AÇIQLADI

15 Fevral 2017 15:08

Azərbaycan və Ermənistan xarici işlər nazirləri fevralın 17-18-də keçiriləcək Münhen Təhlükəsizlik Konfransında görüşə bilər. Rəsmi Bakı hələ 2016-cı ilin dekabr ayında bu görüşə razı olduğunu açıqlamışdı. Lakin Ermənistan tərəfi görüşlə bağlı dəqiq cavab verməyib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova da Münhendə görüşün baş tutub-tutmayacağı haqda dəqiq məlumata sahib olmadığını açıqlayıb.

Modern Diplomacy: ABŞ Dağlıq Qarabağın işğalına görə Ermənistana sanksiya tətbiq etməlidir

15 Fevral 2017 14:54

ABŞ bütün dünya ölkələrinə münasibətdə beynəlxalq hüquq cəhətdən eyni addımlar atmır.

Deputat: “Bəzi məmurlar cənab Prezidentin bu fərmanından ibrət dərsi götürməlidir”

15 Fevral 2017 14:44

“Cənab Prezidentin imzaladığı bu fərman məcburi köçkünlərə böyük kömək olacaq. Bununla da onların üzləşdiyi problem həllini tapacaq. Məcburi köçkünlərdən eləsi var ki, artıq evlə də təmin olunublar. Yataqxanalarda qalan məcburi köçkünlər üçün isə cənab Prezident tərəfindən humanist addım atıldı”.

Ümumdünya Turizm Forumunun Qlobal İclası keçiriləcək

15 Fevral 2017 14:34

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 16-18 fevral tarixində Türkiyə Respublikasının İstanbul şəhərində keçiriləcək Ümumdünya Turizm Forumunun Qlobal İclasında iştirak edəcək.

Aydın Mirzəzadə: "Dövlət bu məsələdə də həssas təbəqədən olan vətəndaşları tək qoymadı" 

15 Fevral 2017 14:23

“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına dəyişikliklər edilməsi qaçqın və məcburi köçkünlərin sosial problemlərinin daim diqqət mərkəzində saxlandığını göstərir. Eyni zamanda dövlət sənədlərinin həyata keçirilməsində hər hansı bir gözlənilməz məsələ ortaya çıxarsa, həmin məsələnin operativ həll etmək istəyi və dövlətçilik ənənəsi ortaya qoyulur”. Bunu  millət vəkili Aydın Mirzəzadə deyib.

Raqub Məmmədov: "Prezident İlham Əliyevin fərmanını məcburi köçkünlər rəğbətlə qarşılayıblar"

15 Fevral 2017 14:22

Bəzi məcburi köçkünlərin yeni yaşayış sahələrinə köçürülənədək kommunal xidmət haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı fərman məcburi köçkünlər tərəfindən rəğbətlə qarşılanıb.