Siyasət

"Jurnalistlərimiz Xocalının tanıdılmasında fəal olmalıdır”

23 Fevral 2017 13:50

“Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində demək olmaz ki, lazımi nəticə əldə etməmişik.  Lakin daha çox nəticə əldə etməyimiz üçün bu işlərə Azərbaycan jurnalistikasını cəlb etməliyik”. Bunu Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu deyib.

Avropada Xocalı tədbirlərinə start verildi

23 Fevral 2017 13:39

Belçikanın Ghent şəhərində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş "Qafqazda barışın önündəki əngəllər - Qarabağın işğalı" mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə bu ölkəyə səfər etmiş Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayilov, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin də iştirak ediblər. Ghent Türk Ocağının təşkil etdiyi "Qafqazda barışın önündəki əngəllər: öncəsi və sonrasıyla Qarabağın işğalı - üç nəsil bir trajedi" adlı konfrans və foto-sərgiyə Azərbaycan və Türk diaspor təmsilçiləri, Ghent şəhərinin yerli sakinləri də qatılıblar.

Qarabağ probleminin həlli region baxımından əhəmiyyətlidir

23 Fevral 2017 13:38

Son vaxtlar Ermənistanın cəbhədə təxribatçı hərəkətlərinin artması, Silahlı Qüvvlərimizə qarşı mütəmadi olaraq edilən hücum cəhdləri Qarabağda yeni bir savaşın başlamasını zərurətə çevirir. Məhz işğalçı ölkənin bu cür təxribatçı hərəkətləri Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini getdikcə mümkünsüz edir. Halbuki sözügedən problemin həlli təkcə Azərbaycan deyil, ümumilikdə region baxımından əhəmiyyətlidir. Elə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Türkiyə üzrə ekspert Araz Aslanlı da bu qənaətdədir.

“Election Times” qəzetində Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub

23 Fevral 2017 13:22

İslamabaddakı “Election Times” qəzeti və elektron portalında “Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsinin həlli” sərlövhəli məqalə verilib. Yazıda Xocalı soyqırımının XX əsrin ən qanlı hadisələrindən biri olduğu qeyd edilir və hadisə nəticəsində 613 nəfərin, o cümlədən 106 qadın, 70 qoca və 83 uşağın qətlə yetirildiyi vurğulanır, Xocalı soyqırımının Ermənistanın işğal siyasətinin tərkib hissəsi olduğu diqqətə çatdırılır.

Pakistanda “Soyqırımı və etnik təmizləmə: Xocalı-25” mövzusunda seminar keçirilib

23 Fevral 2017 13:20

Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin Xarici İşlər Nazirliyinin İslamabad Strateji Araşdırmalar İnstitutunda “Soyqırımı və etnik təmizləmə: Xocalı-25” mövzusunda seminar keçirilib.

Edvard Nalbandyanın uğursuz “Münxen” müsahibəsi

23 Fevral 2017 13:15

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan “Alman dalğası” agentliyinə müsahibəsində (bax: http://www.dw.com/ru/глава-мид-армении-в-программе-немцоваинтервью-почти-треть-торговли-идет-с-ес-20022017/av-37649577) Dağlıq Qarabağ ətrafında ərazi disputunda Azərbaycan ilə kompromisin mümkün formaları barədə suala cavab verərkən, onun sözlərinə görə, “görüşə kifayət qədər yaxşı hazırlaşmamış” müxbir Janna Nemtsovaya “düzəliş etmək” fikrinə düşüb.

Millət vəkili: “Beynəlxalq təşkilatlar ad çəkməklə kifayətlənməsin”

23 Fevral 2017 13:08

“Xocalı soyqırımı yeni dünya tarixində baş vermiş ən dəhşətli faciədir. Bu faciəni məhz erməni işğalçıları törədib. Bir gecənin içində 613 həmvətənlimiz vəhşicəsinə qətlə yetirilmiş və meyitlər üzərində dünya tarixində rast gəlinməyən işgəncələr aparılmış, 487 nəfər dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür. Bütün bu vəhşiliklər ancaq azərbaycanlı olduğuna görə və Qarabağda etnik təmizlənmə məqsədilə həyata keçirilib”. Bunu millət vəkili Azər Badamov deyib.

"Litva Dağlıq Qarabağda keçirilən “referendum”un nəticələrini tanımır"

23 Fevral 2017 12:36

Litva və Azərbaycan arasında ikitərəfli münasibətlər sıx siyasi dialoq, xalqlarımız arasında dostluq əlaqələri və qarşılıqlı maraq doğuran geniş spektrli məsələlərə dair əməkdaşlıq nəticəsində getdikcə daha da güclənir. Bu sözləri Litvanın xarici işlər naziri Linas Linkyaviçyus müxbirinə müsahibəsində deyib.

Politoloq: "Qarabağ danışıqlarının nəticəsi Rusiyanın təzyiqindən asılıdır"" 

23 Fevral 2017 12:37

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində aktivləşməsində səbəb qoşunların təmas xəttində yarana biləcək gərginliyin qarşısını alınmasıdır. Moskva qoşunların təmas xəttində gərginliyin yaranacağını, eləcə də Azərbaycanın yeni taktika seçdiyini hiss edir”. Bunu  politoloq Mübariz Əhmədoğlu  Moskvada başlanan Qarabağ müzakirələrini şərh edərkən deyib.    

“Qrad” və “Dəmir günbəz” ikinci nəsil könhə “İsgəndərdən” də dağıdıcı gücə malikdir

23 Fevral 2017 12:34

Bu günlərdə işğalçı Ermənistanın müdafiə naziri Viqen Sarkisyan “RİA Novosti”yə müsahibəsində bildirib ki, Qarabağ döyüşlərində lazım gələrsə, erməni tərəfi “İskəndər” raketlərindən istifadə edə bilər. Erməni nazirin bu kimi fikirləri əlbəttə ki, heç bir köklü məntiqə söykənməsə də, fakt budur ki, işğalçı ölkə öz aqressiv düşüncələrini aşkar şəkildə etiraf edir. Ancaq bununla yanaşı, ermənilərin güc nazirinin və siyasət adamlarının bənzər bəyanatlarla çıxış etməsi onların yeni müharibənin başlanacağından qorxduqları ehtimalını da üzə çıxarmış olur. Çünki son dövrlərdə erməni KİV-ləri Qarabağ cəbhəsində müharibə ehtimalı ilə bağlı gündəlik analitik yazılarla, açıqlamalar və müsahibələrlə çıxış edirlər. Bunu isə əlbəttə ki, ötən ilin aprel müharibəsinin onlara vurduğu ağır zərbənin nəticələri kimi də qiymətləndirmək olar.  

Azərbaycan nümayəndə heyəti ATƏT PA-da hansı məsələni qaldıracaq?

23 Fevral 2017 12:00

Fevralın 23-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT Parlament Assambleyasının qış sessiyası öz işinə start verib.  Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti sessiyada iştirak edir. Xatırladaq ki, sessiyada ilk olaraq daimi Komitənin iclasında ATƏT PA-nın əsasnaməsinə əlavə və dəyişikliklərin olması müzakirə olunacaq. Daha sonra Demokratiya, İnsan hüquqları və humanitar məsələlər komitəsində “Artan populizm ərəfəsində insan hüquqlarının qorunması” mövzusunda, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsində “Su təhlükəsizliyini təmin edən təbii ehtiyatların idarə olunması və iqlim dəyişiklikləri ilə mübarizə” mövzusunda, Siyasi məsələlər və Təhlükəsizlik komitəsində isə “ATƏT regionunda transmilli təhlükəsizlik: terrorçuluqla mübarizə” mövzusunda debatların keçirilməsi planlaşdırılır. Sonda plenar iclasda “Böhran dövründə insan hüquqlarının qorunması” mövzusunda xüsusi debatın keçirilməsi nəzərdə tutulub.

Kurtsdan Dağlıq Qarabağ AÇIQLAMAsı

23 Fevral 2017 11:56

"Silahlı münaqişələr bütün ATƏT ərazisində çoxlu dağıntılara və əzablara səbəb olub, bu münaqişələrin hərbi yolla həlli yoxdur". Bunu BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Avstriyanın xarici işlər naziri, ATƏT-in hazırkı sədri Sebastyan Kurts deyib.

Lavrov erməni həmkarıını Moskvaya niyə çağırıb?

23 Fevral 2017 11:57

“Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Edvard Naldandaynı qısa zaman ərzində ikinci dəfə Moskvaya çağırmasının səbəbi bəlli oldu”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib. O, bildirib ki, Lavrov Nalbandyanla birgə keçirdiyi mətbuat konfransında iki fikri xüsusi vurğulayıb: “Lavrov əvvəlcə deyib ki, Azərbaycan və Ermənistan Minsk Qrupu həmsədrlik insitutunun fəaliyyətini imzaları ilə təsdiq edib.

Gürcüstan Prezidenti Azərbaycana gələcək 

23 Fevral 2017 11:51

Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə martın 16-17-də Azərbaycana səfər edəcək. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Giorgi Marqvelaşvilinin prezidentlərin iştirakı ilə “Beynəlxalq münasibətlərin gələcəyi” mövzusunda keçiriləcək iclasda çıxışı gözlənilir.