Siyasət
"Deputat olmaq qanunları pozmağa əsas vermir" - XİN
"Avropa Parlamentinin deputatı olmaq heç kimə digər dövlətlərin qanunlarını, beynəlxalq hüququn norma və prinsiplərini pozmağa əsas vermir". Bunu barələrində Azərbaycanın Baş Prokurorluğu tərəfindən cinayət işi açılmış Frank Engelin Ermənistan mediasına və Yaromir Ştetinin Çexiya televiziyasına açıqlamasını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Ağırlıq mərkəzi Bakıya keçir – Qarabağ üçün yeni fürsət
Erməni deputatlar arasında "razborka" - Samvel başından vuruldu
Vasif Talıbov vitse-prezident olacaqmı?
Prezident Cibutinin xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev estoniyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Estoniya Prezidenti Kersti Kalyulayda təbrik məktubu göndərib. Məktubda deyilir: "Hörmətli xanım Prezident, Estoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
""Cənub Qaz Dəhlizi" Azərbaycan-Avropa əlaqələrini möhkəmləndirəcək"
"Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycanla Avropa arasındakı əlaqələri əhəmiyyətli dərəcədə möhkəmləndirəcək.
ATƏT PA Baş Katibi Azay Quliyevə təşəkkür etdi
ATƏT Parlament Assambleyasının Vyanada keçirilən 16-cı qış sessiyası bu gün işinə başlayıb. ATƏT PA-nın rəsmi saytı ilə ilk olaraq Daimi Komitənin iclası canlı yayımlanıb. Daimi Komitənin iclasında ATƏT PA baş katibi Roberto Montella Özbəkistanın bu qurumun işinə cəlb olunmasında Azərbaycanın və ATƏT PA-nın vitse-prezidenti Azay Qulieyvin rolunu xüsusi qeyd edib və təşəkkürünü çatdırıb.
Pakistanda “Soyqırımı və etnik təmizləmə: Xocalı-25” mövzusunda seminar keçirilib
Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin Xarici İşlər Nazirliyinin İslamabad Strateji Araşdırmalar İnstitutunda “Soyqırımı və etnik təmizləmə: Xocalı-25” mövzusunda seminar keçirilib.
Almaniya Qarabağda keçirilən "referendumu" tanımır
Almaniya hökuməti Dağlıq Qarabağda keçirilən "referendum"u tanımır. Bu barədə Almaniya XİN-in bəyanatında deyilir.
“Tərbiyəsi olan adam başqa ölkənin sərhədlərini pozmaz”
“Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edənlərə qarşı cinayət işinin açılması belə səfərlərin qarşısını ala bilər. Çünki bu insanlar bilməlidirlər ki, məsuliyyət daşıyırlar”. Bunu millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, hətta həmin şəxslərə qarşı müxtəlif yollarla təzyiq vasitələrini yaşadıqları ölkələrdə də göstərmək lazımdır ki, onlar bilsinlər ki, dövlətin sərhədləri toxunulmazdır və bunu pozmaq olmaz: “Ona görə də Azərbaycan tərəfinin qeyd edilən istiqamətdə addımları, xüsusilə də Prezidentin bu məsələdə prinsipial mövqeyi cəmiyyət tərəfindən dəstəklənir. Lapşin məsələsi bunu bir daha göstərdi. Biz daha qətiyyətli addımlar atmalyıq ki, bir də istər deputatlar, istər başqaları cəsarət edib Dağlıq Qarabağa gəlməsinlər. Dərhal da hamısı barədə cinayət işi açılmalıdır”.
Azərbaycan Prezidenti ilə Gürcüstanın Baş naziri arasında telefon danışığı olub
Fevralın 23-də Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
İlham Əliyev: "Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələsidir və enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyidir"
Fevralın 23-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.
Moskvadan İrəvana “Qarabağ hədiyyəsi”: Kremlin YENİ OYUNU
Qarabağa qanunsuz səfər edənləri nə gözləyir?
"Çox təəssüf ki, hələ də bir sıra ölkələrin vətəndaşları beynəlxalq hüququn norma və prinsiplərinə, qanunlarımıza zidd hərəkət edərək işğal olunmuş torpaqlara qanunsuz səfərlər edirlər”. Bunu politoloq İlqar Vəlizadə deyib.













.jpg)
