Siyasət
XİN Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar bəyanat yaydı
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bəyanat yayıb. XİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, bəyanatda deyilir: “26 fevral 2017-ci il tarixində Xocalı Soyqırımının 25-ci ildönümü tamam olur. 1991-ci ilin oktyabr ayından etibarən şəhər Ermənistan silahlı qüvvələri tərəfindən tam mühasirəyə alınmışdı. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Xocalı şəhərinə müxtəlif istiqamətlərdən hücum edildi. Nəticədə Ermənistan silahlı qüvvələri keçmiş Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) 366 saylı moto atıcı alayının köməyi ilə Xocalının işğalını həyata keçirdilər. İşğalçılar Xocalını darmadağın etdilər və xüsusi amansızlıqla onun dinc əhalisinin qırğınını həyata keçirdilər. Nəticədə 106-ı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 mülki şəxs öldürüldü. 1000 nəfər yaralandı və 1275 nəfər əsir götürüldü. İndiyə qədər, Xocalının 150 sakini itkin hesab olunur. Sadəcə azərbaycanlı olduqları üçün, Xocalının mülki əhalisinin məqsədli şəkildə qırğını həyata keçirildi.
Türkiyədə “Xocalı soyqırımı 25-ci ilində, erməni yalanıları” adlı konfrans keçiriləcək
Ermənilərin Xocalıda törətdikləri soyqırımın 25-ci ildönümü ilə bağlı Türkiyədə silsilə tədbirlər keçiriləcək. Türk Dünyası Araşdırmalar Vəqfindən “OLAYLAR”-a daxil olan məlumatda bildirilib ki, vəqfin Turan Kültür Mərkəzi tərəfindən “Xocalı soyqırımı 25-ci ilində, erməni yalanları” adlı konfrans keçiriləcək. Fevralın 25-də baş tutacaq konfransda ermənilərin 1992-ci il, fevral ayının 26-da Xocalıda azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımdan danışılacaq. “Xocalı soyqırımı 25-ci ilində, erməni yalanları” adlı konfransında Azərbaycandan olan nümayəndə heyəti, Telman Hüseynoğlu, Dürdanə Ağayeva və Aqil Ələsgər iştirakçılara erməni vəhşiliklərindən söz açacaqlar.
Prezident İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb
Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb. Berat Albayrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təbriklərini və salamlarını çatdırdı.
Atəşkəsin pozulması halları artır
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 51 dəfə pozub.
Zakir Həsənov cəbhə zonasına səfər edib
Ermənistan silahlı qüvvələri tərəfindən təxribatların intensivləşməsi ilə əlaqədar, eləcə də müdafiənin ön xəttində bölmələrimizin döyüşə hazırlıq səviyyəsinin yerində qiymətləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonaya səfər edib.
Cəbhədə gərginlik pik həddə - savaş sifarişi kimdən gəlir?
Şahidlər bir-birinin ardınca ölürlər - ƏSRİN SİRRİ
Prezident yaponiyalı naziri qəbul etdi
Rusiya səfirliyi: Lapşinin müdafiəsi ilə yeni vəkil məşğul olacaq
Prezident İlham Əliyev Qarabağ atı cinsinin inkişafı ilə bağlı sərəncam imzaladı
İlham Əliyev Bruney Sultanını təbrik edib
Yaşar Əliyev: “Ermənistan anlamalıdır ki, digər dövlətin ərazisini işğal etməklə problemi həll etmək olmaz”
"Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsinin 30 illik tarixində ən böyük qətliam olub”. Bunu BMT Təhlükəsizlik Şurasının Avropada həll olunmamış münaqişələrə həsr olunmuş iclasında Azərbaycanın BMT-dəki daimi nümayəndəliyin rəhbəri Yaşar Əliyev deyib.
Cocuq Mərcanlıda məktəb binasının tikintisinə başlanılıb
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində orta məktəb binasının tikintisinə başlanılıb. Bunu Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib. K.Həsənov bildirib ki, kəndin bərpası ilə əlaqədar işlər intensiv şəkildə həyata keçirilir. Onun sözlərinə görə, artıq kəndin minalardan təmizlənməsi işləri də yekunlaşmaq üzrədir, ANAMA bu günlərdə ərazini təhvil verəcək. İcra başçısı əlavə edib ki, kəndə qayıtmaq istəyənlərin sayı gündən-günə artır: “Hər gün kənd əhalisindən həm yazılı, həm də şifahi müraciətlər alırıq. Məlum olduğu kimi, ilkin olaraq 50 ailə köçürüləcək. Gələcəkdə yeni binalar tikiləndə digər ailələrin də kəndə qayıtması təmin olunacaq”.







.jpg)






