Siyasət

Ermənistanın növbəti təxribatının qarşısı alınıb

22 Fevral 2017 17:32

Fevralın 21-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək üçün mövqelərimizə basqın etməyə cəhd göstərib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, düşməni daim izləyən bölmələrimiz tərəfindən onun fəaliyyəti əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib. Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə bölmələrimiz tərəfindən tam nəzarət edilir.

Politoloq: “Sarkisyan koridor açılmasının sürətlənməsini istəyir”

22 Fevral 2017 17:30

“Bu yaxınlarda Bakıda Amerika Birləşmiş ştatlarının və Rusiyanın baş Qərargah rəislərinin görüşü keçirildi. Görüşün nəticələri barədə ümumilikdə diplomatik qaydalara uyğun açıqlamalar verilsə də, əsas götürülən nəticələrdir. Görünən isə odur ki, bu görüşmələrdən sonra Türkiyə ordusu Suriya ərazisində genişmiqyaslı və uğurlu əməliyyatlar həyata keçirdi. ABŞ və Türkiyə prezidentlərinin İranla bağlı sərt açıqlamaları səsləndirildi”. Bunu politoloq Vasif Əfəndiyev deyib.

Ukraynada Xocalı soyqırımı abidəsi ucaldılacaq

22 Fevral 2017 17:23

Azərbaycanın Xarkov şəhərindəki Fəxri konsulluğunun təşəbbüsü ilə Sumı şəhərində Xocalı soyqrımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Fransanın nüfuzlu jurnalı Ermənistanı Xocalı soyqırımında İTTİHAM ETDİ

22 Fevral 2017 17:16

Fransanın nüfuzlu "La Revue" nəşri Xocalı faciəsinin 25 illiyinə həsr olunmuş məqalə dərc edib. Jurnalın mart-aprel ayları üçün çap olunan nömrəsində Xocalı soyqırımı zamanı ermənilər tərəfindən törədilən vəhşiliklər əks etdirilib.

Düşmənin artilleriya atəşi nəticəsində Azərbaycan əsgəri şəhid olub

22 Fevral 2017 17:10

Fevralın 22-də günorta saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Xəlilov Xanoğlan İntizam oğlu şəhid olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Azər Süleymanov: “25 il öncə mənim xalqıma qarşı Xocalıda vandalizm törədilib”

22 Fevral 2017 17:09

Bu gün Gürcüstan parlamentində daha bir azərbaycanlı Xocalıfaciəsinin 25 illiyi ilə bağlı çıxış edib.

BMT-dəki səfir: "ABŞ Minsk Qrupunun Qarabağ münaqişəsinin həllinə olan yanaşmasına sadiqdir"

22 Fevral 2017 16:53

ABŞ Dağlıq Qarabağ münaqişəsinə dair Minsk Qrupunun problemin dinc vasitələrlə davamlı həllinə olan yanaşmasına sadiqdir və tərəfləri atəşkəsə riayət etməyə, etimadın möhkəmlənməsi üzrə razılaşdırılmış tədbirləri həyata keçirməyə və danışıqları bərpa etməyə çağırır.

Rusiya XİN Moskva-Bakı münasibətlərinə dair məlumat yayacaq

22 Fevral 2017 16:51

Rusiya Xarici İşlər Nazirliyi Rusiya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü ilə əlaqədar məlumat yayacaq.

Ötən ilin uğurları: siyasi-diplomatik fəallıq, əməkdaşlıq formatları və mühüm layihələr dövrü

22 Fevral 2017 16:34

Hər bir müstəqil dövlət başa vurduğu ildə öz fəaliyyətini obyektiv olaraq analiz etməlidir. Azərbaycan hər il həmin bağlılıqda görülən işlərə yekun vurur və gələcək planlarını dəqiqləşdirir. Mütəxəssislərin yekdil rəyinə görə, 2016-cı ildə də Azərbaycan siyasi-diplomatik fəallıq göstərib. Bir çox ölkələrlə əlaqələr intensivləşib. Dövlət başçısı xarici səfərlər edib, ölkəmizə dövlət və hökumət başçıları, şirkət rəhbərləri, beynəlxalq təşkilat başçıları təşrif buyurublar.

Azərbaycan prezidenti Yaponiyanın dövlət nazirini qəbul edib

22 Fevral 2017 16:00

Prezident İlham Əliyev fevralın 22-də Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə dövlət naziri Yoşifumi Matsumuranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

“ABŞ Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiqdir”

22 Fevral 2017 15:32

“Dağlıq Qarabağ münaqişəsinə dair Amerika Birləşmiş Ştatları Minsk qrupunun problemin dinc vasitələrlə davamlı həllinə olan yanaşmasına sadiqdir”. Bunu ABŞ-ın BMT-dəki səfiri Nikki Haley Təhlükəsizlik Şurasının “Avropada təhlükəsizlik” mövzusundakı sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, tərəfləri atəşkəsə riayət etməyə, etimadın möhkəmlənməsi üzrə razılaşdırılmış tədbirləri həyata keçirməyə və danışıqları bərpa etməyə çağırırıq. Diplomat ABŞ-ın Avropada təhlükəsizliyi qorumağa kömək edən təşkilatların tərəfdarı olduğunu vurğulayıb: “Biz tarixin ən güclü ittifaqı olan Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) göstərdiyimiz dəstəkdə qətiyyətsizlik nümayiş etmirik. NATO-nu daha da səmərəli etmək üçün çalışırıq – üzvlərin arasında əməkdaşlığı gücləndiririk və vəzifələrin ədalətli paylaşmasına nail olmaq məqsədilə, üzv olmaq üçün irəli sürülmüş tələblərə cavab verən yeni müttəfiqlərin üzünə qapıları açırıq. Bundan başqa, NATO Ukraynanın, Gürcüstanın və Moldovanın müdafiə qabiliyyətini möhkəmlətmək üçün kömək və təlim təqdim edir. ABŞ ATƏT-ə  dəstək göstərir. Hazırda ATƏT şərqi Ukraynada vəziyyəti müşahidə və nəzarət etməkdə, digər uzunsürən münaqiləşələrə diqqət yetirməkdə ən həlledici rolu oynayır”.

Əli Əhmədov: "Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi ədalətli qərardır"

22 Fevral 2017 15:28

Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi düzgün, ədalətli və faydalı qərardır. Mehriban Əliyeva uzun müddətdir ölkənin ictimai və siyasi həyatında ən aparıcı simalardan biri kimi tanınır. Ayrıca qeyd etməyə dəyər ki, onun fəaliyyəti təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır. Mehriban xanım ölkə xaricində Azərbaycanı ən yaxşı təbliğ edən insanlardan biridir. Onun ictimai və siyasi fəaliyyətinin coğrafiyası kifayət qədər genişdir və ölkəmizə böyük siyasi və mənəvi dividentlər gətirir.

Fəzail İbrahimli: "Xocalı ilə bağlı təbliğatı gücləndirməliyik"

22 Fevral 2017 15:26

“Xocalı soyqırımı 200 ildən artıq Azərbaycan xalqına qarşı aparılan siyasi xəttin növbəti  addımıdır. XX əsrdə ölkəmizə qarşı həyata keçirilən soyqırımın tarixinə nəzər yetirsək görərik ki, ermənilər V-VII əsrdə Yaponiyada gedən müharibədən, 1918-ci ildə isə çar Rusiyasının iflasa uğrayıb, yerinə bolşevik hakimiyyətinin gəlməsindən istifadə edərək soyqırımı törədiblərsə,  Xocalı soyqırımı isə  1992-ci ilin 26 fevral tarixində isə Demoqrafik Rusiya dövründə baş verən hərəkat idi. Bütün hallarda sifariş və icra edənlər eyni olub”. Bu fikirləri  millət vəkili  Fəzail İbrahimli deyib.

Mehriban Əliyevanın vitse-prezident təyin olunması ən uğurli seçimdir

22 Fevral 2017 14:42

Azərbaycan  tarixində kifayət qədər diplomat qadınlar olub ki, məhz onların siyasi fəaliyyəti nəticəsində dövlət müstəqilliyini qoruyub saxlamaqla yanaşı, ciddi uğurlara imza atıb. Müasir qlobal beynəlxalq şəraitdə, ziddiyyətlərin kəsişdiyi, münaqişələrin tüğyan etdiyi bir məqamda isə dövlətin və millətin maraqların müdafiə olunması elə də asan məslə deyil. Lakin, etiraf edilməlidir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva nəinki beynəlxalq aləmdə Azərbaycanın dövlət maraqlarını müdafiə etməyi, hətta milli və dövlət mənafelərini təbliğ etməyi bacardı. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Heydər Əliyev Fondunun  prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri  kimi çoxşaxəli fəaliyyəti, onun bilavasitə rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən layihələr, həmçinin fəal parlament fəaliyyəti istər ölkə daxilində, istərsə də xaricdə böyük rəğbət qazandığı heç kimə sirr deyil.