Siyasət

Fəttah Heydərov: "Beynəlxalq aləm təvavüzkara sözünü deməlidir"

22 Fevral 2017 14:13

"İşçi qrupu tərəfindən hələ ki, ilkin hesablamalara görə Azərbaycan işğaldan 800 min milyard dollar maddi zərər çəkib". Bunu "Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar" mövzusunda keçirilən beynəlxalq konfransda Milli Məclisin üzvü, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov deyib. O bildirib ki, bu insan əli ilə yaradılan mülklərin dağıdılması nəticəsində dəyən zərərdir: "Bununla yanaşı Azərbaycan xalqına çox böyük mənəvi zərər dəyib.

Türkiyə XİN: "Ermənistan hər yerdə məğlub olur və bu məğlubiyyətlər davam edəcək"

22 Fevral 2017 14:07

"Ermənistan hər yerdə məğlub olur və bu məğlubiyyətlər davam edəcək". Bunu Ankarada Türkiyənun xarici işlər naziri Mövlud Çavuşoğlu "Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorçuluq" mövzusunda beynəlxalq konfrans zamanı deyib. Nazir bildirib ki, Türkiyə və Azərbaycan Xocalı faciəsinin təbliğatını birgə aparmaqda davam edəcək. M.Çavuşoğlu Türkiyənin Xocalı hadisələrini heç vaxt unutmayacağını deyib: "Xocalı reallıqdır. Bu, 25 il əvvəl bütün dünyanın gözü qarşısında baş verib. Ermənistan isə həqiqəti qəbul etmək istəmir". Nazir həmçinin qeyd edib ki, uzun illərdir Türkiyə Ermənistanın 1915-ci il hadisələri ilə bağlı böhtanları ilə mübarizə aparır.

Azərbaycanda olan Türkiyə vətəndaşları vaxtından əvvəl səs verəcəklər

22 Fevral 2017 13:58

"Türkiyədə aprelın 16-da keçirilməsi nəzərdə tutulan referendumla bağlı Azərbaycanda olan Türkiyə vətəndaşlarının səsverməsi aprelin 9-a qədər tamamlanacaq". Bunu jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Türkiyədə Xocalı soyqırımı anılacaq

22 Fevral 2017 13:32

Milli Məclisin deputatı Məlahət İbrahimqızı fevralın 23-də Türkiyənin İzmit şəhərinə  səfərə gedəcək. Milli Məclisdən verilən məlumata görə, millət vəkili İzmit Bələdiyyəsinin təşkilatçılığı ilə keçiriləcək Xocalı şəhidlərinin anma mərasimində iştirak edəcək.  Tədbirdə Xocalı şəhərində erməni silahlıları tərəfindən azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş qətliam, bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan addımlar barədə  məlumat veriləcək, faciə qurbanlarının xatirəsi anılacaq. Toplantı iştirakçılarına bu qanlı hadisəni əks etdirən sənədlər nümayiş etdiriləcək. Səfər fevralın 26-da başa çatacaq.

Rusiya V Qlobal Bakı Forumunda iki nüfuzlu siyasətçi ilə təmsil olunacaq

22 Fevral 2017 13:27

Rusiya Federasiyasının sabiq dövlət katibi, baş nazirin müavini Gennadiy Burbulis və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, xarici işlər nazirinin keçmiş müavini Vyaçeslav Trubnikov V Qlobal Bakı Forumunda iştirak edəcək. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İşl üzrə Dvlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, “Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunmuş forumun “Baltik-Qara dəniz Təhlükəsizlik İcmasının yaradılması: Fəaliyyət Planına doğru” adlı panel iclasında Gennadiy Burbulisin çıxışı nəzərdə tutulub.

Hərbi prokuror: “Dağlıq Qarabağda “referendum” keçirilməsi qanunsuzdur”

22 Fevral 2017 13:18

"Ermənilərin Dağlıq Qarabağda “referendum” keçirməsi qanunsuzdur”. Bunu hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev fevralın 20-də Dağlıq Qarabağda keçirilmiş “referendum”a münasibət bildirərkən deyib.

Nazir: “Xocalı soyqırımı etnik təmizləmə siyasətinin bariz  nümunəsidir”

22 Fevral 2017 13:16

“Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni ekstremistlərinin Azərbaycan xalqına qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir amansız nümunəsidir”.

Hərbi Prokurorluq: Xocalı soyqırımında 366-cı alayın 18 zabit və gizirinin iştirakı tam sübuta yetirilib

22 Fevral 2017 13:11

“Erməni işğalı nəticəsində Xocalıya 523 milyon ABŞ dolları məbləğində ziyan dəyib”. Bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Ülvi Əhmədov deyib.

Fikrət Sadıqov: “Yeni təkliflər olsa, görüşün müsbət nəticələri ola bilər”

22 Fevral 2017 12:32

“Azərbaycan və Ermənistan XİN başçılarının Moskvada baş tutacaq görüşünü Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət tendensiya hesab etmək olar. Çünki erməni tərəfi artıq bir müddət idi ki, müxtəlif bəhanələr gətirərək görüşlərdən yayınır, danışıqlara gəlmək istəmirdi”. Bunu  politoloq Fikrət Sadıqov deyib.

BMT baş katibi: “Dağlıq Qarabağdla bağlı "dondurulmuş münaqişə” ifadəsi yanlışlığa aparır”

22 Fevral 2017 12:24

BMT Dağlıq Qarabağ münaqişəsi tərəflərini davamlı və hərtərəfli danışıqlar prosesinin bərpası üçün siyasi iradə nümayiş etdirməyə çağırıb.  Bu barədə BMT baş katibinin Avropadakı münaqişələrlə bağlı qurumun Təhlükəsizlik Şurasının açıq debatlarına təqdim olunan qeydlərində deyilir. 

Azərbaycan kiçik müsəlman dövləti olsa da, böyük işlər görür

22 Fevral 2017 12:22

”Azərbaycan böyük geosiyasi rəqabətin, böyük dövlətlərin maraqlarının toqquşduğu regionda yerləşir”.  Bu sözləri “Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar” mövzusunda keçirilən beynəlxalq konfransda Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Beynəlxalq konfransda Ermənistanın Azərbaycana vurduğu zərərin məbləği açıqlanıb

22 Fevral 2017 12:20

Bu gün Bakıda "Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar" mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri Xanhüseyn Kazımlı Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində dəymiş ziyanın hesablandığını bildirib.

Kəlbəcərlilər Mehriban Əliyevadan nə yazdılar

22 Fevral 2017 12:18

Azərbaycan xalqının Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqillik, inkişaf, tərəqqi yolunda inamla irəliləməsini təmin etmək, Azərbaycan dövlətini beynəlxalq aləmdə daha da yüksəltmək üçün Sizin ölkə Prezidenti tərəfindən Birinci vitse-prezident təyin edilməyiniz qədirbilən xalqımızı, xüsusən də biz kəlbəcərliləri ürəkdən sevindirdi. Biz Prezident cənab İlham Əliyevin davam etdirdiyi siyasi irsi dəstəklədiyimiz kimi, Sizin də belə bir məsuliyyətli vəzifəyə təyinatınızı dəstəkləyir və həyata keçirəcəyiniz taleyüklü işlərdə Sizə hər zaman arxa-dayaq olacağımızı bildiririk”.

"Mehriban Əliyeva birinci vitse-prezident postunda xalqımız və dövlətimiz üçün daha böyük işlər görəcək"

22 Fevral 2017 12:13

"Mehriban Əliyeva birinci vitse-prezident postunda xalqımız və dövlətimiz üçün daha böyük işlər görəcək". Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Ziyafət Əsgərov Mehriban xanım Əliyevanın Azərbaycan xalqı üçün çox böyük işlər gördüyünü qeyd edib: "Ötən gün Təhlükəsizlik Şurasının iclasında cənab prezident İlham Əliyev də bu işlərin bir qismi haqqında öz fikirlərini söylədi.

Ramil Usubov oğlunu rəis təyin etdi

22 Fevral 2017 12:11

Daxili işlər nazirinin əmri ilə Təhqiqat İdarəsinin rəisi, İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polkovnik Emil Usubov İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin olunub.