Siyasət

Novruz Məmmədov: "Assosiasiya sazişi təklif edən Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanımırdı"

22 Fevral 2017 12:08

"200 il ərzində regionda həyata keçirilən siyasət Azərbaycana qarşı olub. Tarixi torpaqlarında yaşayan azərbaycanlılar qovulub, o torpaqlarda başqa xalqın nümayəndələri yerləşdirilib, dövlət yaradılıb".

Hərbi prokuror: "Xocalı soyqırımı ilə bağlı cinayət işi dağınıq halda istintaq olunub, bəzi maddi sübutlar yoxa çıxıb"

22 Fevral 2017 12:04

"Xocalı soyqırımına görə başlanılmış cinayət işi əvvəllər dağınıq halda istintaq olunub, bəzi maddi sübutlar yoxa çıxıb". Bunu Azərbaycanın hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib. O bildirib ki, əvvəllər istintaq düzgün istiqamətində aparılmayıb: "2005-ci ildən bu iş bizim icraatımızdadır. Bu məqsədlə xüsusi istintaq şöbəsi yaradılıb. İstintaq zamanı çox dəhşətli işgəncə faktları ortaya çıxıb”. 

Millət vəkili: “Xocalı soyqırımını törədənlər öz cəzalarını alacaqlar”

22 Fevral 2017 12:01

“Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, 20-ci əsrdə bütün bəşəriyyətin üzləşdiyi ən dəhşətli faciəli hadisədir. Bu, bütün bəşəriyyətə olan qəsddir və erməni vandalizminin, erməni vəhşiliyinin açıq-aydın göstəricisidir”. Bunu millət vəkili Musa Quliyev deyib. O bildirib ki, Xocalı soyqırımının baş verməsi bir daha Azərbaycanın nə qədər qəddar insanlarla qonşu olduğunu, qəddar düşmənlə üz -üzə gəldiyini bir daha sübut etdi: “Xocalı hadisəsi Azərbaycanın müstəqilliyini yeni ələ etdiyi bir dövrdə, ölkə daxili sabitliyin bərqərar olmadığı vaxtda Rusiyanın 366-cı alayının dəstəyi ilə erməni quldurlarının silahsız və müdafiəsiz mükli əhaliyə qarşı törətdiyi soyqırımı aktıdır.

Novruz Məmmədov: "Mehriban Əliyeva uzun illərdir Azərbaycanın həyatında, dövlətçiliyin müəyyən istiqamətlərində çox böyük işlər görür"

22 Fevral 2017 11:36

"Mehriban xanım uzun illərdir Azərbaycanın həyatında, dövlətçiliyin müəyyən istiqamətlərində çox böyük işlər görür, tədbirlər həyata keçirir. Böyük uğurlar və nailiyyətlər qazanıb".

Tahir Mirkişili: “Mehriban xanım Əliyevanın birinci-vitse prezident kimi fəaliyyəti Azərbaycan xalqının firavan yaşamasına xidmət edəcək”

22 Fevral 2017 11:28

“Mehriban xanım Əliyevanın birinci-vitse prezident kimi fəaliyyəti ölkəmizin daha da güclənməsinə, inkişafına və xalqın firavan yaşamasına xidmət edəcək”. Belə bir açıqlama ilə çıxış edən millət vəkili Tahir Mirkişili “OLAYLAR”-a bildirib ki, Azərbaycan Konstitutsiyasına görə birinci vitse-prezident dövlət idarəçiliyində və ölkənin inkişafında mühüm rola malikdir:

Atəşkəs rejimi 42 dəfə pozulub

22 Fevral 2017 11:25

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan, snayper tüfənglərindən və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 42 dəfə pozub. Ermənistanın Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Xocalı faciəsinin qurbanları Braziliyada anıldı

22 Fevral 2017 06:57

Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı Səfirliyi tərəfindən Səfirliyin binasında, "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində hazırlanmış, bu faciəvi hadisəyə  həsr olunmuş fotosərgi təşkil edilib.  Səfirlikdən "Olaylar" - a bildirilir ki, tədbir çərçivəsində həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqəsinə aid müxtəlif dillərdə dərc olunmuş kitab sərgisi də təşkil olunub. Tədbirdə Braziliya ictimaiyyətinin tanınmış şəxsləri, o cümlədən Parlamentin aşağı və yuxarı palatalarının nümaynədələri, yerli diplomatik korpusunun üzvləri və müxtəlif universitlərdən müəllim və professor heyyəti iştirak edib. Qonaqlara "Xocalıya ədalət" kampaniyası çərçivəsində bir sıra Səfirliklərimizin dəstəyi ilə hazırlanmış videoçarx nümayiş etdirildi və portuqal dilində tərtib edilmiş bukletlər paylanıldı.

Cəmil Quliyev: "Mehriban Əliyeva yeni vəzifəsində də böyük nailiyyətlərə imza atacaq"

21 Fevral 2017 19:01

Mehriban xanım Əliyeva yeni vəzifəsində də böyük nailiyyətlərə imza atacaq. Bunu Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi Cəmil Quliyev deyib.

Çingiz Abdullayev: "Bu təyinat Azərbaycanın uğurla inkişaf edəcəyinin daha bir təminatıdır"

21 Fevral 2017 18:48

Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin inkişafı üçün çox işlər görür. Bunu Trend-ə Azərbaycan Yazıçılar İttifaqının katibi, PEN-klubun prezidenti Çingiz Abdullayev Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması barədə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamını şərh edərkən deyib.

Prezident İlham Əliyev Bakı Mühəndislik Universiteti ilə bağlı sərəncama dəyişiklik etdi

21 Fevral 2017 18:41

Azərbaycan prezidenti İlham Əliyev "Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsin Nizamnaməsi"nin təsdiq edilməsi və "Bakı Mühəndislik Universitetinin yaradılması haqqında" 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli sərəncama dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Səttar Mehbalıyev Mehriban Əliyevanı təbrik edib

21 Fevral 2017 18:40

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli  Məclisin deputatı Səttar Mehbalıyev Mehribanxanım  Əliyevanı Azərbaycanın birinci vitse-prezidenti təyin olunması münasibəti ilə təbrik edib.

Sergey Markov: "Yeni təyinat Azərbaycanda siyasi stabilliyi möhkəmləndirəcək"

21 Fevral 2017 18:19

Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması ölkədə siyasi stabilliyi möhkəmləndirəcək və riskləri minimuma endirəcək. Bunu  Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.