Siyasət

Qənirə Paşayeva:"Mehriban xanım Əliyeva Birinci vitse-prezident postuna ən layiqli namizəd idi"

21 Fevral 2017 18:14

“Mehriban xanım Əliyeva Birinci vitse-prezident postuna ən layiqli namizəd idi”. Bunu millət vəkili Qənirə Paşayeva dilə gətirib: “Azərbaycanı ölkəmiz daxilində və xaricdə yüksək səviyyədə təmsil edən dəyərli bir Azərbaycan qadınının o vəzifəyə təyin edilməsi qadınlar olaraq bizi sevindirir. İnanırıq ki, Mehriban xanım bu günə qədər ölkəmiz üçün gördüyü böyük işləri bu vəzifədə daha da böyük uğurlarla davam etdirəcək. Onu təbrik edirik və daha da böyük uğurlar diləyirik!”

Serbiya ilə hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib

21 Fevral 2017 18:10

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiç ilə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, Azərbaycan-Serbiya münasibətlərinin inkişafında dövlət başçılarının rolunun xüsusi qeyd edildiyi görüşdə bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əlaqələrin uğurla davam etdiyi vurğulanıb.

Deputat: “Birinci vitse-prezident postuna ən layiqli şəxs gətirilib”

21 Fevral 2017 18:06

“Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin edilməsi çox yaxşı və olduqca təqdirəlayiq haldır. Bütün Azərbaycan xalqı kimi, mən də bu xəbəri çox xoş və böyük sevinclə qarşıladım. Mehriban xanım Azərbaycan maraqlarını daim dünyada təmsil edib. Bundan sonra da belə olacaq. Hesab edirəm ki, Azərbaycanda birinci vitse-prezident postuna ən layiqli şəxs gətirilib”. Bunu deyənmillət vəkili Eldəniz Səlimovun sözlərinə görə, Mehriban xanım uzun müddətdir Azərbaycan maraqlarını dünyanın bir çox ölkələrində təmsil edib, o cümlədən, mötəbər tədbirlərdə yaranan komitələrin rəhbəri olub: “ Mehriban xanım  Əliyeva həmçinin, Azərbaycan mədəniyyətinin tanınmasında, Azərbaycan xalqının maraqlarının müdafiə olunmasında xüsusi xidmətlər göstərib, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı bütün dünya ölkələrində maraqlarımızı təmsil edib.

Rauf Əliyev: "Mehriban Əliyeva bu vəzifə üçün ən layiqli namizəd idi"

21 Fevral 2017 17:54

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması Azərbaycanın milli və dövlət maraqlarına tamamilə cavab verir.

Bahar Muradova: Mehriban Əliyeva dövlətə xidmətin yeni bir nümunəsini ortaya qoyacaq

21 Fevral 2017 17:52

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin edilmiş birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva bu vəzifəsində öz potensialını daha geniş şəkildə səfərbər edərək dövlətimizə xidmət etməyin yeni bir nümunəsini ortaya qoyacaq və bu da hər bir kəs üçün örnək bir fəaliyyət olacaq.

Özbəkistan portalları Qarabağda keçirilən qondarma “referendum”u qanunazidd adlandırıblar

21 Fevral 2017 17:00

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bu ölkənin ziyouz.uz, 1news.uz və sharh.uz portalları Dağlıq Qarabağda keçirilən “referendum”un qanuna zidd olması haqqında özbək dillində materiallar yayıb.

YAP: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi yerində və zamanında atılmış addımdır

21 Fevral 2017 16:58

"Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi gözlənilən idi. Mehriban Əliyevanın bu vəzifəyə təyin olunmasını ölkə ictimaiyyəti yüksək qiymətləndirəcək. Onun işinə hər kəs bələddir. Bu, Azərbaycanın bir uğurudur".

Lev Spivak: "Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması indiyədək öz təşəbbüsü ilə gördüyü işlər üçün məsuliyyətinin daha da artmasıdır"

21 Fevral 2017 16:56

Mehriban xanım Əliyeva bu gün Azərbaycanda mədəniyyətin, turizmin inkişafı, Azərbaycanın dünyadakı imicinin gücləndirilməsi üçün çox işlər görür. Bunu  “İsrail-Azərbaycan” Assosiasiyasının baş direktoru Lev Spivak Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasını şərh edərkən deyib.

Ekspert: “Erməni hoqqabazlığına dəstək verən olmadı”

21 Fevral 2017 16:55

“Ermənistan "Dağlıq Qarabağ Respublikası"nda keçirilmiş "konstitusiya referendumu" adlı tamaşa ilə daha bir sapalaq almış oldu. Özləri də gördülər ki, dövlət kimi ciddi imici olan bir dənə ölkə də bu qondarma və gülüş doğuran növbəti erməni hoqqabazlığına dəstək verən olmadı və ola da bilməzdi. O üç-beş nəfər Boliviyadan, nə bilim Abxaziyadan və daha hansısa separatçı qurumlardan gələnlər də, əksinə özlərinə əlavə problem yaratmış oldular”. Bunu  müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Millət vəkili: “Azərbaycanın idarəçilik sistemində tamamilə yeni bir mərhələnin əsası qoyulub” 

21 Fevral 2017 16:52

"Prezident İlham Əliyev tərəfindən Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi haqqında Sərəncam imzalanması çox əlamətdar və tarixi hadisədir". Bunu  Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının komitə sədri Sahibə Qafarova deyib.

Əvəz Qocayev: “Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin edilməsi ölkəmizin gələcəyi üçün mühüm addımdır”

21 Fevral 2017 16:38

“Heydər Əliyev Fondunun prezidenti, YUNSEKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dövlət başçısının sərəncamı ilə birinci vitse-prezident təyin edilməsi ölkəmizin gələcəyi üçün mühüm addımdır”.

Deputat: Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsi ikili standartların eybəcər nümunəsidir

21 Fevral 2017 16:23

Azərbaycan torpaqlarının 20%-ni işğal edən, ərazilərin boşaldılmasına dair qəbul edilən beynəlxalq sənədləri icra etməyən Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsi dünya siyasətində ikili standartların eybəcər nümunəsidir. Bunu  Milli Məclisin deputatı Musa Qasımlı deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında söylədiyi fikirlər gerçəkliyi əks etdirir: "Bu ikili standartlar məsələnin həlli ilə məşğul olan ölkələrə qətiyyən hörmət gətirmir. Onlar təcavüzkar və təcavüzə məruz qalan arasında fərqi görməlidirlər".

Politoloq: “Ermənilər hər çirkin əmələ görə cavab verəcəklər” 

21 Fevral 2017 16:22

“Xocalıda xalqımıza qarşı baş vermiş soyqırım sözsüz ki, XX əsrin ən böyük faciələrindən biridir. Əfsuslar olsun ki, ötən əsr ərzində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən kütləvi qırğın və soyqırımlar dünya ictimaiyyəti tərəfindən gözardına vurulub”. Bunu  politoloq Zaur Məmmədov deyib.

Mehriban Əliyevanın birinci vitse-prezdenti təyin olunması ölkə başçısının apardığı iqtisadi islahatların uğurla həyata keçirilməsini sürətləndirəcək

21 Fevral 2017 16:08

Heydər Əliyev Fondunun prezdenti, İSESKO - YUNESKO-nun xoş məramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın birinci vitse-prezdent təyin olunmasını alqışlayıram”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açlqlama ilə millət vəkili Azər Badamov çıxış edib.