Siyasət

"Azərsu" ASC-nin işçilərinə fəxri ad və medal verilib (SİYAHI)

13 Mart 2017 18:43

Prezident İlham Əliyev “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Telman Ağayevə Prezidentin fərdi təqaüdü verilib

13 Mart 2017 18:42

Prezident İlham Əliyev Telman Ağayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Boris Conson: Böyük Britaniya Azərbaycanla enerji sahəsində əməkdaşlıqdan məmnundur

13 Mart 2017 18:33

Azərbaycan və Böyük Britaniya Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

“Qoca qitə”də demokratik dəyərlər yox, ikili standartlar hökm sürür

13 Mart 2017 18:09

“Bu gün bir çox dünya dövlətləri kimi Azərbaycan da demokratik inkişaf yolu seçib. Çünki insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təminatı məhz demokratik şəraitdə mövcuddur.

Deputat: Niderlandın Türkiyəyə qarşı etdiyi Avropa demokratiyasına ləkədir

13 Mart 2017 18:05

Türkiyənin yüksək çinli diplomatlarının Hollandiyaya buraxılmaması təəccüb və təəssüf doğurur. Bunu millət vəkili Bəxtiyar Sadıqov deyib.

Novruz Məmmədov "Şərəf" ordeni ilə təltif edilib

13 Mart 2017 18:00

Prezident İlham Əliyev Novruz Məmmədovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

XİN-dən Polad Bülbüloğlu ilə bağlı AÇIQLAMA

13 Mart 2017 17:42

"Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə seçiləcəyi təqdirdə, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə inanırıq". Bunu cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Aİ və NATO-dan Türkiyə və Niderlanda çağırış: "Gərginliyi azaldın"

13 Mart 2017 17:23

NATO-nun baş katibi Yens Stoltenberq alyansın iki üzvü - Türkiyə və Niderlandı gərginliyi azaltmağa çağırıb.

"Niderland qorxuya düşüb" - Elman Nəsirov

13 Mart 2017 17:19

"Türkiyə xarici işlər nazirinin təyyarəsinin Niderlanda buraxılmaması Niderlandın Türkiyəyə qarşı qərəzidir". Bu barədə  millət vəkili Elman Nəsirov deyib. Millət vəkili bildirib ki, Niderland bu addımı ilə bir daha sərbəst toplaşma azadlığına mane olduğunu bəyan edir: "Bu, dünya tarixində anoloqu olmayan bir hadisədir. Bu ona dəlalət edir ki, Avropa İttifaqının, onun ayrı-ayrı üzvlərinin, əlində bayraq etdiyi sərbəst toplaşma azadlığı, insan hüquqlarının müdafiəsi, demokratiya ilə bağlı yanaşmalar sabun köpüyündən başqa bir şey deyil. Bu bir fon yaratmaqdır. Reallıqda isə Niderlandda nə insanların sərbəst toplaşmaq hüququ, nə də insan hüquqlarının müdafiəsinə hörmət var. Bu gün bütün beynəlxalq ictimaiyyət buna bir daha şahid oldu. Türkiyədə keçiriləcək referendumda xalqın əksəriyyəti "hə" deyəcək və Niderland da bundan qorxuya düşüb. Onlar müsəlman ölkəsi olaraq Türkiyənin güclənməsini istəmirlər".

Fransızlar Azərbaycan və Ermənistan deputatlarını görüşdürəcəklər

13 Mart 2017 16:52

Fransa Senatının üzvü, parlamentin Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar bəzi fransız senatorların separatçı Dağlıq Qarabağ rejiminə səfərlərini tənqid edib. “Olaylar” xəbər verir ki, bu barədə fikirlərini A.Reyşar Milli Məclisdə keçirdiyi mətbuat konfransında səsləndirib. A.Reyşar qeyd edib ki, Fransa dövləti və rəsmi qurumları Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinə hörmətlə yanaşır. Həmin həmkarlarının belə səfərlərinin qanunazidd olduğunu bildirən senator qeyd edib ki, hər bir kəsin borcudur ki, beynəlxalq qanunlara əsasən Azərbaycanın hüdudlarına hörmətlə yanaşsın: “Bizim hökumətin mövqeyi odur ki, hər bir dövlətin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, hörmətlə yanaşılmaldır”. O, həmçinin bildirib ki, səfər çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistan silahlıları ilə təmas xəttində olublar və vəziyyətin hazırkı durumu onları ciddi narahat edir: “Biz münaqişənin tez bir zamanda həll olunmasını istəyirik”. 

Azər Badamov: "Edilən dəyişiklik daha çox məbləğdə pensiya hesablanmasına gətirib çıxaracaq"

13 Mart 2017 16:39

Milli Məclisin 10 mart tarixində keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunaraq qəbul olunub. Bu sözləri millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, qanunda əmək pensiyalarının hesablanmasının yeni qaydaları və əmək pensiya yaşı ilə əlaqədar mühüm dəyişikliklər həyata keçirilib. “Dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 110 manat müəyyən olunub. Yeni qaydalara görə artıq pensiyanın hesablanmasında baza hissəsi ləğv olunaraq, ancaq sığorta hissəsi və yığım hissəsinə görə əmək pensiyaları təyin olunacaqdır. Həm də yaşa görə əmək pensiya hüququnun əldə edilməsinin yaş həddi kişilər və qadınlar üçün 2017-ci ildə başlayaraq hər il 6 ay əlavə olunmaqla kişilərə 2021-ci ildən 65 yaş, qadınlar üçün isə 2027-ci ildən 65 yaş müəyyən olunub.

Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatlarını məhv edən silah alıb

13 Mart 2017 16:15

Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan silah alıb.  Türkiyənin “Harp ARGE” şirkəti bu silahı ilk dəfə Azərbaycana ixrac edib. Pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan bu silah hazırda Türkiyədə polis və ordu tərəfindən terrorla mübarizədə aktiv istifadə edilir.