Siyasət
Bakıda AŞPA-nın komitə iclası keçiriləcək
Sabah Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclası keçiriləcək. Məlumata görə, iclasda iştirak etmək üçün AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Sezar Florin Preda da Azərbaycana gələcək.
Baş Qərargah rəisi Moskvaya gedir
Martın 14-də Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə yola düşüb
Fransa Qarabağ mövqeyini AÇIQLADI - İrəvanda
Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Bunu Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye deyib.
Deputatlarımız həmməruzəçilərlə Dağlıq Qarabağdan danışacaqlar
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçilərinin Azərbaycana səfəri planlaşdırlır. Səfər çərçivəsində Azərbaycanın millət vəkilləri bir sara məqələlər ətrafında müzakirələr aparacaqlar.
Erməni hüquq müdafiəçisi: Azərbaycan və Ermənistan tarixinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqəsi yoxdur
Azərbaycanın və ya Ermənistanın tarixinin beynəlxalq hüquqla və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqəsi yoxdur. Bunu məşhur erməni hüquqşünas Vahe Avetyan Bakıda keçirilən "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən konfransda deyib.
Ərdoğan Avropa haqqında: “Onlar şərəfsizlik nümayiş etdirir”
Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq konfrans keçirilir
Fuad Axundov: "Ermənistanda yaxşı anlayırlar ki, Azərbaycan işğal edilmiş ərazilərini mütləq geri alacaq"
25 ildən çoxdur ki, Ermənistan rəhbərliyi guya dünyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "müstəqilliyini" tanımağa başladığını bəyan edərək öz xalqını aldadır. Lakin bu illər ərzində qondarma rejimi heç bir ölkə, o cümlədən Ermənistan özü tanımayıb.
"Dağlıq Qarabağ münaqişəsinin tezliklə pozitiv planda həlli yaxındır"
Dağlıq Qarabağ münaqişəsinin tezliklə pozitiv planda həlli yaxındır. Bunu jurnalistlərə "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən konfransda iştirak edən Ukraynadan olan Artur Ağacanov deyib.
Maksim Şevçenko: “Qarabağ münaqişəsi yalnız Rusiya-Türkiyə-İran formatının inkişafı ilə həll edilə bilər”
"Problem yalnız Rusiya-Türkiyə-İran formatının fəal inkişafı ilə həll edilə bilər”. Bunu Bakıda “Dağlıq Qarabağ münaqişəsi, özəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda beynəlxalq konfransda Rusiya prezidenti yanında yanında İctimai Palatanın üzvü, “Qafqaz siyasəti” portalının baş redaktoru Maksim Şevçenko deyib.
Atəşkəsin pozulması intensiv xarakter alır
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən və 60 millimetrlik minaatanlardan da (7 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.
Cəbhə xəttində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 15-də Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Rusiyalı politoloq: “Xocalı soyqırımı tanınmayana qədər insanlıq əleyhinə cinayətlərin qarşısını almaq mümkün olmayacaq”
"Martın 6-da mən Xocalısoyqırımının tanınması ilə bağlı Rusiya parlamentinə petisiya təşəbbüsü irəli sürmüşəm”. Bu sözləri "Dağlıq Qarabağ münaqişəsi, özəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda Bakıda keçirilən konfransda iştirak edən rusiyalı politoloq Oleq Kuznetsov deyib.
“Türkiyə Avropa İttifaqı ilə əlaqələrini pozmayacaq”
“Niderland və digər Avropa ölkələri tərəfindən Türkiyəyə qarşı sərgilənən davranışı qəbul etmək mümkün deyil”. Bunu Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin sədr müavini, ekspert Mehmet Fatih Öztarsu deyib.














