Siyasət
Ermənistan və Rusiya prezidentlərinin görüşü...
“Ermənistan və Rusiya prezidentlərinin Moskvada baş tutacaq görüşü Rusiya ilə Fransa arasında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsi ilə bağlı yaxşı mənada rəqabətin bir hissəsidir. Lakin kimin bu yarışda qabaqcıl olması bu görüşdən asılı olacaq”. Bunu politoloq Mübariz Əhmədoğlu deyib.
Jan-Fransua Manselin bəyanatı
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Fransaya səfəri ilə bağlı Fransa parlamentinin üzvü, Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti cənab Jan-Fransua Mansel Bəyanatla çıxış etmişdir.
“Prezident cinayət əməlindən peşiman olanlara bir şans verir”
“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevi dünyada bir humanist siyasi şəxsiyyət kimi tanıyırlar. Çünki onun təşəbbüsü ilə ildə bir neçə dəfə əfv sərəncamı imzalanır və bunun nəticəsində yüzlərlə ailə azadlığa qovuşur. Belə bir addım yaxın günlərdə Novruz bayramı ərəfəsində olacaq. Yenə də xeyli sayda cinayət etmiş şəxs əfv olunaraq cəmiyyətə inteqrasiya olunacaq”.
Ankara və Moskva arasında muxtariyyət savaşı – III RAUND BAŞLANDI
"Xocalıda insanlığa qarşı cinayətlər törədənlər indi Ermənistan hakimiyyətində möhkəmləniblər"
Xocalı və digər yaşayış məntəqələrində insanlığa qarşı cinayətlər törədənlər indi Ermənistan hakimiyyətində möhkəmləniblər.
Moskva təlxəyin göz yaşlarına inanacaq?
Ermənistan prezidenti Serj Sarkisyan bu gün Moskvaya rəsmi səfərə yollanıb. O, Rusiya prezidenti Vladimir Putinlə görüşərək Ermənistan-Rusiya münasibətlərini, habelə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri müzakirə edəcək. Rəsmi İrəvan səfərin bilavasitə İrəvan-Moskva təmasları ilə bağlı olduğunu desə də, əslində, bu səfər S.Sarkisyanın Kremldə "böyük qardaş" saydığı Rusiya rəhbərliyi qarşısında yeni yalvarışları, istəkləri və təvəqqelərindən ibarət olacaq. Ən azı ona görə ki, məhz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud situasiya Ermənistandakı hakimiyyət üçün həmişəkindən də artıq və ciddi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev: "Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini dəyişir"
Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini dəyişir və Avropa istehlakçılarına yeni alternativ təbii qaz mənbələri gətirəcək. Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə deyib.
İlham Əliyev: "Avropa İttifaqı ilə imzalanacaq tərəfdaşlıq razılaşması hərtərəfli sənəd olmalıdır"
Avropa İttifaqı ilə imzalanacaq tərəfdaşlıq razılaşması hərtərəfli sənəd olmalıdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə deyib.
Prezident: "Bu dəhlizlər təkcə coğrafi mövqeyimiz sayəsində deyil, bizim siyasətimiz sayəsində Azərbaycan ərazisindən keçir"
Şimaldan Cənuba, Şərqdən Qərbə olan bu dəhlizlərin hər ikisi təkcə coğrafi mövqeyimiz sayəsində deyil, bizim siyasətimiz sayəsində Azərbaycan ərazisindən keçir.
Azərbaycan prezidenti: "Bizim regionda ənənəvi bazarlarımız var, lakin Avropa bazarı da bizim üçün çox cəlbedicidir"
Bizim regionda ənənəvi bazarlarımız var, lakin Avropa bazarı da bizim üçün çox cəlbedicidir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə deyib.
Prezident İlham Əliyev: "Azərbaycan Avropa İttifaqı ilə yeni əməkdaşlıq prosesinə start verib"
Ötən ay Brüsseldə biz Avropa İttifaqı ilə Azərbaycanın yeni əməkdaşlıq prosesinə start vermişik. Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə deyib.
"Azərbaycanın təşəbbüsü ilə keçirilən sülh platforması çox böyük əhəmiyyət kəsb edir"
Uzun müddətdir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmur. Həmsədrlərin, böyük dövlətlərin bu münaqişənin həll olunması ilə bağlı fəaliyyəti isə nəticə vermir.
"Sarkisyanın beynəlxalq ictimaiyyətin adından danışmağa siyasi, hüquqi, mənəvi əsası yoxdur"
Ermənistan prezidenti Serj Sarkisyanın "İzvestiya" qəzetində dərc olunmuş "Təhlükəsizlik və davamlı demokratik inkişaf " məqaləsinin "Müharibə, hərbi diktatura və sosial-iqtisadi tənəzzül" adlandırılması daha doğru olardı. İndiki Ermənistan rəhbərliyinin siyasəti və müharibə avantürası nəticəsində Ermənistan hazırda təcrid vəziyyətində, siyasi, sosial-iqtisadi və demoqrafik baxımdan böhran şəraitində olan dövlətdir.
İlham Əliyev: "Ermənistan prezidenti Fransa şirkətlərinə nağıl danışmaq əvəzinə, diqqəti ölkəsindəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin"
Ermənistan prezidenti Fransa şirkətlərinə nağıl danışmaq əvəzinə, yaxşı olardı ki, diqqəti ölkəsindəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin. Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə deyib.
Prezident İlham Əliyev: "Bizim Fransa ilə əlaqələrimiz mühüm əhəmiyyət kəsb edir"
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşü olub.



.jpg)










