Siyasət

Səfir: "İranlı siyasətçilərin Türkiyəyə getməmək çağırışları qəbulolunmazdır"

13 Mart 2017 16:13

Bir sıra İran siyasətçilərinin ölkə vətəndaşlarına Novruz bayramı günlərində Türkiyəyə istirahətə getməmələri barədə çağırışları dostluq və mehriban qonşuluq ruhuna cavab vermir. Bunu Türkiyənin İrandakı səfiri Rza Hakan Tekin deyib.

Erməni əsilli rusiyalı siyasətçi və aparıcıdan həyasızlıq - Şuşadan Bakını ittiham etdilər

13 Mart 2017 16:09

Rusiyalı siyasətçi, yumsaq deyilsə, ifrat ermənipərəst mövqeyi ilə seçilən Semyon Baqdasarov (və ya Baqdasaryan) və tanınmış teleaparıcı Roman Babayan Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər.

"Türkiyəli nazirlərin Niderlanda buraxılmaması beynəlxalq hüquqa hörmətsizlikdir"

13 Mart 2017 16:04

"Türkiyəli nazirlərin Niderlanda buraxılmaması təəssüfedici bir haldır". Bunu jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib. Z.Əsgərov bildirib ki, bu həm beynəlxalq hüquqa hörmətsizlik, həm də Vyana Konvensiyasının tələblərinin kobud şəkildə pozulmasıdır: "Türkiyənin iki nazirinə qarşı belə hörmətsizlik edilməsi, əlbəttə, yaxşı hal deyil. Sözsüz ki, Niderlandda yaşayan insanların, konkret ikili vətəndaşlığı olan türklərin də səsvermə hüququ var və referendumda iştirak edəcəklər. Onların da konstitusiyaya dəyişikliklər haqqında məlumat almaq hüququ var. Nazirlər də həmin məlumatları vermək üçün ora getmişdilər. Onların başqa məqsədi yox idi".

"Vitse-prezidentlərlə bağlı qanun qəbul ediləcək"

13 Mart 2017 16:02

“Birinci vitse-prezident və vitse-prezidentlərin toxunulmazlığı , hüquqları və digər məsələlərlə bağlı qanunvericiliyə müəyyən dəyişiklik edilə bilər”.  Bunu Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin Ziyafət Əsgərov deyib. Birinci vitse-spiker həmçinin qeyd edib ki, hətta ola bilsin ki, Konstitusiyanın tələblərinə uyğun olaraq ayrı qanun da qəbul edilə bilər: “Yaxud da birinci vitse-prezident və ya vitse-prezident barədə prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunan əsasnamə də ola bilər. Yəni hər şey mümkündür”.

"Hollandiya tarixinə qara səhifə yazdı"

13 Mart 2017 15:41

“Hollandiyanın ötən həftənin axırında Türkiyənin iki hökumət üzvlərinə qarşı etdikləri nə diplomatik qaydalara, nə də insanlığa sığmayan addımdır”. Bunu deputat Aydın Mirzəzadə deyib.

Fransalı senator bəzi həmkarlarının Dağlıq Qarabağa səfər etməsini pislədi

13 Mart 2017 15:37

Bu gün Milli Məclisdə Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri arasında görüş keçirilib.

Prezident hər il minlərlə ailəyə sevinc bəxş edir

13 Mart 2017 15:29

“Dünyanın digər hər hansı bir ölkəsində belə bir pratktika mövcud deyil ki, ölkə başçısı öz konstitusion hüquqlarından istifadə edib ildə bir neçə dəfə əfv sərəncamı imzalasın”. Bunu deyən millət vəkili Çingiz Qənizadənin sözlərinə görə, ancaq Azərbaycan prezidenti İlham Əliyev öz konstitusion hüququndan istifadə edərək, ildə bir neçə dəfə belə təşəbbüslə çıxış edir: “Minlərlə ailəyə sevinc bəxş edir. Hələ demirəm ki, daha genişəhatəli amnistiya aktları qəbul olunur və bunun nəticəsində minlərlə insan cəzadan azad edilir.

Komitə sədri: “Türkiyə və Niderland arasındakı gərginlik böyük problemlərə gətirəcək”

13 Mart 2017 15:02

“Son zamanlar Avropada çox yüksək dözümsüzlük nümayiş olunur. Bu dözümsüzlük təəssüflər olsun ki, xüsusilə də müsəlman ölkələrinə qarşı yönəlib. Biz bunu görürük və eşidirik”. Bunu deyən millət vəkili, Milli Məclisinin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun sözlərinə görə, biz Türkiyəni haqlı olaraq dəstəkləyirik: “Bu baxımdan ki, həmin Avropa ölkələrinin əksəriyyəti insan haqları, demokratiya, sərbəst toplaşmaqla bağlı müxtəlif fikirlər söyləyirlər.

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun görüşü olub

13 Mart 2017 15:01

Milli Məclisdə Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri arasında görüş keçirilib. “Olaylar” xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Feyziyev iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib.

Avropa Türkiyəni itirməkdən TƏLAŞLANIR+ ÇAĞIRIŞLAR

13 Mart 2017 14:39

AŞPA sədri Pedro Arqamunt Türkiyə ilə Avropa arasında artan xətlə davam edən gərginliyin narahatedici olduğunu deyib. “Türkiyəyə qarşı gərginlik başa çatmayıb”-deyə qeyd edən Arqamunt böhranlı vəziyyətin aradan qaldırılacağına ümid etdiyini deyib.  

“Bu, Almaniya və Niderlandın Türkiyədəki referenduma müdaxiləsidir”

13 Mart 2017 14:38

“Həm Almaniyada, həm də Niderlandda türk icmasına toplantı keçirib istənilən şəxsləri dəvət etməyə icazənin verilməməsi Avropanın demokratiya, söz azadlığı prinsiplərinə zidd olan bir addımdır”.

Bozdağ: “Türk millətinin və Türkiyə dövlətinin şərəfi ilə kimsənin oynamasına izn verməyəcəyik”- AVROPAYA SƏRT BƏYANAT

13 Mart 2017 12:39

Türkiyənin ədalət naziri Bekir Bozdağ Türkiyənin Hollandiya və Almaniyanın faşizm nəzəriyyələrinə qarşı beynəlxalq hüququn tanıdığı haqları sona qədər istifadə edəcəyini bəyan edib.

Takvim: “Referendum yaxınlaşdıqca, Avropa qudurur”- İSVEÇRƏDƏN TÜRKLƏRƏ HƏYASIZ ŞƏRT

13 Mart 2017 12:38

“Avropa ölkələri Türkiyədəki referenduma sayılacaq günlər qalmış çirkin hücumlarına hər gün daha yenisini əlavə edir”. Bu barədə Türkiyənin “Takvim” qəzetində “Referendum yaxınlaşdıqca, Avropa qudurur” başlıqlı yazıda bildirilir. Qeyd olunur ki, 16 aprel referendumuna həftələr qalmış ətəyi alışıb-yanan Avropa ölkələri hər keçən gün yeni bir qalmaqala imza atır.

Politoloq: “Prezidentin səfərinin iqtisadi tərəfləri olduqca böyükdür”

13 Mart 2017 12:22

“Prezidentin Fransaya səfəri olduqca əhəmiyyətlidir. Səfərin siyasi və iqtisadi tərəfləri indiki zamanda Azərbaycan üçün olduqca vacibdir. Fransa dünyanın aparıcı dövlətlərindəndir, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən, Avropa Birliyinin siyasətini müəyyən edən əsas dövlətlərdən biridir. Xoş bir haldır ki, olduqca güclü erməni lobbisinin olmasına baxmayaraq, bu ölkə ilə Azərbaycan arasında münasibətlər bir çox Avropa dövlətlərindən daha yaxşı səviyyədədir”. Bunu politoloq Zaur Məmmədov deyib.