Siyasət

Türkiyə Azərbaycan və Ermənistanla sərhədlərini minalardan təmizləyəcək

5 Aprel 2017 12:08

Türkiyədə Azərbaycan, İran və Ermənistanla sərhəddə minaların təmizlənməsinə dair layihənin icrasına başlayıb. Layihə Türkiyə hökuməti və Avropa İttifaqı tərəfindən birgə maliyyələşdiriləcək.

Səudiyyə Ərəbistanı ilə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

5 Aprel 2017 12:04

Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Krallığın Vəliəhdinin varisi, Nazirlər Şurası sədrinin müavini, Müdafiə naziri şahzadə Məhəmməd bin Salmanla görüşüb.

Ermənilər 123 dəfə atəşkəs rejimini pozub

5 Aprel 2017 11:41

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 123 dəfə pozub.

Şəkər çuğunduru istehsalçılarına subsidiya veriləcək - Hər tonuna 4 manat

4 Aprel 2017 18:49

Prezident İlham Əliyev Azərbaycanda şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında sərəncam imzalayıb.

Azərbaycanda sahibkarların tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı proseduru sadələşdirilir

4 Aprel 2017 18:43

Azərbaycan Prezidenti İlham Əliyev sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında fərman imzalayıb.

İlham Əliyev Serbiyanın yeni seçilmiş Prezidentini təbrik edib

4 Aprel 2017 17:52

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının yeni seçilmiş Prezidenti Aleksandr Vuçiçə təbrik məktubu ünvanlayıb.

Azərbaycanın Rus icması Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı bəyanat yayıb

4 Aprel 2017 17:02

“Azərbaycanın Rus icması Rusiyanın müəyyən dövlət strukturlarının Rusiyanın böyük ictimai təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvinə dair qərarı ilə əlaqədar qəti etirazını bildirir və hesab edir ki, bu siyasi təxribatın arxasında Rusiya və Azərbaycan, rus və Azərbaycan xalqları arasındakı dostluq, tərəfdaşlıq əlaqələrinə nifaq salmaq istəyən müəyyən qüvvələr dayanır. Ümumrusiya Azərbaycan Konqresi həmişə Rusiya Federasiyası qanunları çərçivəsində fəaliyyət göstərib. İctimai-siyasi sabitlik, Rusiyanın siyasi quruluşuna loyallıq həmişə ÜAK-ın fəaliyyətinin dəyişməz prioriteti olub”.

Nazarbayev göstəriş verdi - Xüsusi gömrük rejiminin tətbiqi ilə bağlı

4 Aprel 2017 16:55

Aprelin 4-də Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Aktau şəhərində "Azərbaycan İnvestisiya Şirkəti" ASC və "Azərsun Holdinq"in birgə layihəsi olan "Azərsun İstehsal və Logistika Mərkəzi" ilə tanış olub.

İlham Əliyev: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün Rusiyanın səylərini yüksək qiymətləndirir"

4 Aprel 2017 16:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə təbrik məktubu ünvanlayıb.

Danışıqların növbəti mərhələsi Bakıda keçiriləcək

4 Aprel 2017 15:56

"Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi aprelin axırı Bakıda keçiriləcək". Bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsinin mətbuat katibi Maya Kosyançiç deyib.

Aprel döyüşləri – nəticələr nəyi göstərir?

4 Aprel 2017 15:10

Cənab İlham Əliyevin yürütdüyü qətiyyətli, prinsipial və xalqın milli maraqlarına cavab verən siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistan rəhbərliyinin ağır, çıxılmaz vəziyyətə düşməsi ilə nəticələndi