“Mədəniyyətlərarası Dialoq Forumunda dünya üçün çox aktual problem müzakirə edilir”

“Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanda ənənəvi tədbirdir, ölkəmiz mədəniyyətlərarası dialoqa aktiv şəkildə ev sahibliyi edir”. Bu fikri -a Milli Məclisin deputatı Rasim Musabəyov bildirib.

"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanda ənənəvi tədbirdir, ölkəmiz mədəniyyətlərarası dialoqa aktiv şəkildə ev sahibliyi edir". Bu fikri -a Milli Məclisin deputatı Rasim Musabəyov bildirib. O qeyd edib ki, bu tədbirə nüfuzlu siyasətçilər, tədqiqatçılar, ziyalılar toplaşır və dünya üçün çox aktual problem müzakirə edilir. Deputat bildirib ki, nəzərə almaq lazımdır ki, dünyada təlatümlü dövrdür, sivilizasiyalar arasında gərginlik artır, çarpışma baş verir. Azərbaycan da dünya sivilizasiyalarının kəsişməsində yerləşir: "Şimalda xristian dövləti, cənubda isə müsəlman dövləti yerləşir. Mədəniyyətlər arası gərginlik artarsa bu bizim üçün də təhlükələr vəd edər. Azərbaycan belə dialoqun keçirilməsində və problemin dinc yolla həllində maraqlıdır. Yəni ölkəmiz həm daxili sabitliyi saxlamaq, həm də ətrafımızda əlverişli mühit yaratmaq üçün bu tədbirə ev sahibliyi etmək maraqlıdır". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31