Azərbaycanda mikroavtobus yandı: 10 yaralı - ADLAR
4 May 2017 10:44 SosialCəlilabadda mikroavtobusun yanması nəticəsində yaralananlardan 9 nəfərinin adı məlum olub.
report xəbər verir ki, 10 nəfər yaralıdan 1-i Cəlilabad Rayon Mərkəzi xəstəxanasının travmotologiya, 9 nəfər isə reanimasiya şöbəsinə yerləşdirilib. Həmin şəxslər bunlardır:
Nəzrin İntiqam qızı Qəhrəmanova
Günəş Mahmudlu
Ülfət Mahmudlu
Xuraman Zakir qızı Abışova
Tünzalə Hüseynağa qızı Fərəcova
Könül Mirzəyeva
Mələk Fəxrəddin qızı Rəhimova
Rəvanə Elşad qızı Abbasova
Elnarə Malik qızı Əhmədova
----------
10:11
Milli.Az report-a istinadən xəbər verir ki, ilkin məlumata görə, mikroavtobusun salonunda çoxsaylı sərnişin olub.
Yaralılar Cəlilabad Rayon Mərkəzi xəstəxanasına çatdırılıb
Xəstəxanaya gətirilən 10 nəfər yaralıdan 1-i travmotologiya, 9 nəfəri isə reanimasiya şöbəsinə yerləşdirilib.
----------
10:04
Cəlilabad rayonunda sərnişin mikroavtobusu yanıb.
Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Məlikqasımlı kəndində qeydə alınıb.
Mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində yanğın baş verib.
Mikroavtobusun içərisində olan 8 sərnişin yanıq xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətlərinin orta ağır olduğu deyilir.
Fakt araşdırılır.
----------
09:57
Cəlilabadda mikroavtobus yanıb, yaralılar var.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Məlik Qasımlı kəndi ərazisində qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, sərnişinləri tarlaya işləməyə aparan mikroavtobus anidən aşıb və sonra alovlanıb.
İlkin məlumata görə, mikroavtobusun salonunda çoxsaylı sərnişin olub. Yaralılar Cəlilabad Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.