Siyasət
İlham Əliyev Bolqarıstanın sabiq prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının sabiq Prezidenti Rosen Plevneliyevi qəbul edib.
Türkiyənin beynəlxalq müstəvidə rolu daha da güclənəcək
Türkiyənin prezident idarə üsuluna keçidini nəzərdə tutan Konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum başa çatıb. Məlumata görə, seçicilərin 51,41 faizi Konstitusiyadadəyişikliyə "Hə" deyib.
Türkiyənin mövqeyi qətiləşəcək
Türkiyədə baş tutmuş referendumdan sonra, ölkənin xarici siyasəti, xüsusi ilə bu ölkənin ətrafında gedən müharibə və geosiyasi proseslərdə mövqeyi qətiləşəcək. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, bu referendumdan sonra, Şimali İraqda Kürd yönətiminin müstəqillik arzusuna imkan verilməyəcək: “Suriya məsələsində, ABŞ- Türkiyə əlaqlərində ortaq məxrəcin formalaşması, ABŞ-ın YPG-yə dəstəyin çəkilməsi ilə baş verə biləcək.
Deputat: "Məktəblilərin sağlam yetişməsi üçün mütəxəssislərə ehtiyac var"
"Gələcək nəslin sağlam yetişməsi onun sağlam böyüməsindən asılıdır. Təhsil Nazirliyi tərəfindən bu hədəfə çatmaq üçün mühüm layihələr həyata keçirilir". Bunu Milli Məclisin elm və təhsil komitəsinin sədr müavinu Bəxtiyar Əliyev "Sağlam Təhsil-Sağlam Millət" mövzusunda keçirilən elmi-praktiki konfransda çıxışı zamanı deyib. Sağlam cəmiyyətin yaradılmasının vacibliyini qeyd edən depuat söyləyib ki, dövlət üçün ən böyük dəyər insanların rifah halının yaxşılaşdırılması və sağlam olmasıdır: "Sağlam cəmiyyətin formalaşması məktəbdən başlamalıdır. Bu baxımdan məktəblilərin sağlamlığı ilə bağlı layihələr davamlı olmalıdır".
Müxalifət partiyalarındakı istefaların hər biri eyni mövqeni əks edririr siyasi rakurs
Artıq kifayət qədər bəllidir ki, özlərini “ana müxaifət” kimi zorla ictimai rəyə sırımağa cəhd göstərən AXCP və Müsavat partiyaları tutduqları radikallıq, dağıdıcılıq, xəyanətkar mövqelərindən geri çəkilmədikcə zaman-zaman öz tərəfdarlarını da itirirlər. Məsələn, buna misal kimi, Müsavatın bir neçə il öncə kelirdiyi saxta qurultayının ardınca baş verən istefaları göstərmək mümkündür. Məhz həmin ərəfələrdə canlarını partiyaya xidmətdə qoyan bir çox tanınmış müsavatçılar, özü də təşkilatda vəzifə tutan şəxslər kütləvi şəkildə istefa verdilər. Sabq başqanın müşaviri Yeganə Hacıyevanın və s. müsavatçı səlahiyyətlilərin bəyanatları da məhz bunu ehtiva edirdi. Misal üçün, Y.Hacıyeva bəyanatında siyasi hadisələri analiz etdiyini və bir məqamda obyektivliyi partiya maraqları naminə görməmək seçimi ilə üz-üzə qaldığını bildirmişdi. O, partiya rəhbərliyini öz maraqları naminə ölkənin və xalqın maraqlarını tapdaladıqlarını iddia etmişdi. Sözügedən qalmaqallı bəyanatı bir daha xatırlayaq: “Azərbaycan cəmiyyətinin maraqları partiya maraqlarından daha üstün və faydalıdır”.
Millət vəkili: “Türkiyə gələcəkdə daha güclü ölkəyə çevriləcək”
“Türkiyədə referendum çox yüksək səviyyədə keçirildi. Ümumiyyətlə səsvermə prosesi çox şəffaf şəkildə təşkil olunmuşdu. Bizim həmkarlarımız da səsvermədə beynəlxalq müşahidəçilərin tərkibində müşahidə apardılar və onlar şəxsən səsvermənin birbaşa canlı izləyiciləri olaraq çox yüksək təəssüratlarını bölüşürlər”. Bunu millət vəkili Azər Badamov deyib.
Azay Quliyev: "Azərbaycan ATƏT PA ilə münasibətlərini möhkəmləndirmək niyyətindədir"
Azərbaycan ATƏT Parlament Assambleyası (PA) ilə münasibətlərini möhkəmləndirmək niyyətindədir. Bunu ATƏT Parlament Assambleyasının sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev jurnalistlərə deyib.
Bahar Muradova Türkiyədəki referendumdan DANIŞDI
Türkiyə vətəndaşlarını ümumxalq səsverməsi və referendumun nəticələri münasibətilə təbrik etmək lazımdır. Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalistlərə deyib.
Cəbhədən MÜHARİBƏ xəbəri
Sarkisyanın bağ evində rus məmuru ilə MƏXFİ GÖRÜŞÜ: Kremlin Qarabağ OYUNU
Bjeziniskinin Putini dəli edən Krım PLANI – Ruslar dərhal hərəkətə keçdi
Bjezinskinin yeni proqnozları: qlobal və regional geosiyasətin qovşağında
Tanınmış Amerika strateqi və analitiki, hazırda Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Məşvərət Şurasının həmsədri olan Zbiqnev Bjezinski son müsahibələrinin birində bizim region üçün də əhəmiyyətli olan məsələlər barədə maraqlı tezislər ifadə edib.
İlham Əliyev: "Azərbaycan gələcək illər ərzində ixrac strategiyasını müəyyən etməlidir"
"Azərbaycan gələcək illər ərzində ixrac strategiyasını müəyyən etməlidir". Bunu Azərbaycan Prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində yekun nitqində bildirib.
Siyasi şərhçi: “Bu, ermənilərin növbəti təxribatıdır”
“Gürcüstanda erməni diasporunun Azərbaycana qarşı atacağı hər bir addım birbaşa Gürcüstanın dövlətçiliyinə qarşı yönələn addımdır. Gürcüstanla Azərbaycanın qarşı-qarşıya qoyulması ilə məhz bu xarakterli informasiyalardan irəli gəlir”. Bunu Elçin Mirzəbəyli ermənilərin Azərbaycana qarşı Gürcüstandan istifadə etməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.









.jpg)




