Siyasət

XİN Dağlıq Qarabağda çıxış etmiş musiqiçiləri "qara siyahı"ya salacaq

28 Aprel 2017 14:52

“İtaliya və Sloveniyadan olan musiqiçilərin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərləri Azərbaycanın bu ölkələrdəki səfirlikləri tərəfindən araşdırılacaq, həmin ölkələrin müvafiq strukturlarına sorğular göndəriləcək”. 

Amerikalı ekspert: "Aİ-nin Ankaraya qarşı qərarları öz problemlərindən diqqəti yayındırmaq cəhdləridir"

28 Aprel 2017 14:32

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı səhv və ədalətsizdir. Bunu ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib. Onun sözlərinə görə, Ankaraya qarşı əsassız qərarların qəbul olunması ilə Avropa İttifaqı (Aİ) öz problemlərindən diqqəti yayındırır: "Avropanın özünün çoxlu problemləri var. Məsələn, Portuqaliyada işsizlik, Albaniyada və Bolqarıstanda demoqrafik böhran və yoxsulluq, Makedoniyada sərhədlərin qorunmaması, eləcə də Aİ-nin rəsmi nümayəndəliklərində korrupsiya".

AŞ PA-da Nəsiminin Suriyadakı məqbərəsi ilə bağlı məsələ qaldırıldı

28 Aprel 2017 14:23

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, elm, təhsil və media komitəsinin yaz sessiyasındakı son iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov təşkilatın başlıca fəaliyyət istiqamətləri arasında insan haqlarının qorunmasının birinci yerdə dayandığını nəzərə alaraq ölkəmiz və xalqımız üçün əhəmiyyət kəsb edən bir problemə toxunub.

Aqramunt AŞPA Bürosunun iclasına gəlmədi

28 Aprel 2017 14:04

Avropa Şurası Parlament Assambleyasının sədri (AŞPA) qurumun Büro iclasında iştirak etməyib. Qurumun yaz sessiyasının bu gün keçirilən iclasına sədrlik edən AŞPA-nın vitse-prezidenti, Mühafizəkarlar qrupunun sədri Rocer Geyl bildirib ki, P.Aqramunt Büro iclasına gəlməyib və istefasını təqdim etməyib.  

"Zaxarova qeyri-peşəkar, daşıdığı vəzifəyə yaraşmayan mövqe ortaya qoyub"

28 Aprel 2017 14:01

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü qeyri-adekvat, qeyri-peşəkar, daşıdığı vəzifəyə yaraşmayan mövqe ortaya qoyub. Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın erməni girovluğunda olan Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi ilə bağlı APA-nın Moskva müxbirinin sualına aqressiv reaksiya verərək, Azərbaycan jurnalistlərinin ünvanına xoşagəlməz ifadələr işlətməsinə münasibət bildirərkən deyib.

ATƏT sədri: "Brüsselə Türkiyə ilə daimi təmas lazımdır, lakin..."

28 Aprel 2017 13:55

Brüsselə Türkiyə ilə daimi təmas lazımdır, lakin Avropa İttifaqına üzvlükdən söhbət gedə bilməz. Bunu Avstriyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastyan Kurts bəyan edib.

Elmar Məmmədyarov macar həmkarı ilə məktublaşdı

28 Aprel 2017 13:08

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

Prezident İlham Əliyev Sumqayıtda karbamid zavodunun tikintisində işlərin gedişi ilə tanış olub - YENİLƏNİB 

28 Aprel 2017 12:44

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa olunan karbamid zavodunda tikinti işlərinin gedişi ilə tanış olub.

Ekspert: Türkiyə ona düşmən münasibət bəsləyən Avropanın qərarlarına əhəmiyyət vermir

28 Aprel 2017 12:38

Türkiyə özünə qarşı düşmən münasibət bəsləyən Avropanın qərarlarına böyük əhəmiyyət vermir. Bunu Türkiyənin “Kafkassam” strateji araşdırmalar mərkəzinin analitiki Çağatay Balçı deyib.

Aleksandr Masalov: “Azərbaycan kimi ölkələr dünyada azlıq təşkil edir”

28 Aprel 2017 12:36

“Azərbaycan tolerant ölkə olduğunu sözdə deyil, əməldə göstərib. 2016-cı ildə Azərbaycanda “Multikultiralizm ili” elan olunub və bu istiqamətdə bir çox işlər görülüb”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Moskva Dövlət Pedaqoji Universitetinin Stavropol filialında keçirilən “Gənclər Müasir Cəmiyyətdə: sosial bərabərliyə, mədəniyyətə və sülhə doğru. forumunda iştirak edən Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti, Dünya Gənclər Konseyinin Azərbaycan rəhbəri Hacı Quliyev səsləndirib.

VİP qurultay keçirəcək

28 Aprel 2017 12:35

Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının növbəti iclası keçirilib. Partiyadan “OLAYLAR”-a bildirilib ki, iclasda ölkədə yaranmş ümumi vəziyyət, partiyanın növbəti qurultayının çağırılması və cari məsələlər müzakirə olunub.

Şahin İsmayılov: “AŞPA-nın qərarını qınayırıq”

28 Aprel 2017 12:33

“Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı qərarı təşkilatda islamofob meyllərin qalib gəldiyini, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Onların bu qərarı tamamilə siyasi bir qərardır”. Bunu millət vəkili Şahin İsmayılov deyib.