Siyasət

İlham Əliyev tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı fərman imzalayıb

28 Aprel 2017 18:27

Prezident İlham Əliyev tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında fərman imzalayıb.

İnam Kərimov Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının üzvü təyin edildi

28 Aprel 2017 18:26

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Siyavuş Novruzov: “Müxalifətin sosial bazası olmadığına görə mitinqin keçirilməsi üçün başqa ərazilər tələb edir”

28 Aprel 2017 18:17

"Bakının hansı yerində mitinq keçirmək mümkündür, o yerlərdə aksiyaların keçirilməsinə razılıq verilir. Çünki burada mitinq iştirakçılarının təhlükəsizlik məsələsi var. Bilirsiz ki, dünyada bir sıra hadisələr baş verir. Yaxın Şərqdə baş verən hadisələri hər kəs görür. Mitinqdə iştirak edənlər siyasi baxışlarından asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır. Onların təhlükəsizliyinin qorunması hüquq mühafizə orqanlarının üzərinə düşür. Bakı Şəhər İcra Hakimiyyəti də buna uyğun addım atır".

Rusiyalı ekspert: "Ermənistan gələn ilin aprel ayınadək Azərbaycanla ciddi danışıqlara getməyəcək" 

28 Aprel 2017 18:15

"Qarşıdakı bir ildə Ermənistan qeyri-sabit tarazlıq vəziyyətinə düşəcək, çünki Serj Sarqsyan vəzifəsini başa vurmaqda olan prezident kimi qəbul olunacaq". Bu barədə Rusiya Siyasi və İqtisadi Əlaqələr Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Dağlıq Qarabağmünaqişəsinin nizamlanması ilə bağlı görüşünün nəticələrini şərh edərkən bildirib.

“Milli Şura”-AXCP cütlüyünün növbəti mitinq-şousu- TƏRS BAXIŞ

28 Aprel 2017 18:13

Bəlli olduğu kimi, “Milli Şura”-AXCP cütlüyü  Bakı Şəhər İcra Hakimiyyətinə aprelin 30-da növbəti mitinq keçirməsi üçün müraciət edib. Belə ki, BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov mətbuata açıqlamasında deyib ki, BŞİH mitinqin aprelin 30-da deyil, 29-da keçmiş “Məhsul” stadionunda keçirilməsini təklif edib.

Siyasi partiyalar 28 aprel rus işğalı ilə bağlı bəyanat yaydı

28 Aprel 2017 17:31

Bu gün Azərbaycanın bir qrup siyasi partiyası 28 aprel rus işğalının nəticələrini müzakirə edib.

“Nezavisimaya qazeta”: Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır

28 Aprel 2017 16:04

Rusiyada çıxan nüfuzlu “Nezavisimaya qazeta”nın 25 aprel tarixli nömrəsində Plexanov adına İqtisadiyyat Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, siyasi elmlər namizədi Aleksandr Perenciyevin Dağlıq Qarabağ probleminin yaranması səbəbləri, bu münaqişənin alovlanmasının baiskarları barədə məqaləsi dərc edilib.

Bunun nəyi razılıqdır?!

28 Aprel 2017 15:57

"Gözlənildiyi kimi Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü də nəticəsiz qaldı".  Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Vilayət Eyvazov Dərbənddə: generalların görüşü

28 Aprel 2017 15:54

Bu gün Azərbaycan Respublikasının Daxili İşlər nazirinin birinci müavini general-leytenant Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyətinin Dərbənd şəhərində Dağıstan Respublikasının daxili işlər naziri Abdulrəşid Maqomedov, Çeçenistan Respublikasının Daxili İşlər naziri Ruslan Alxanov, Rusiya DİN-in Şimali Qafqaz üzrə Baş İdarəsinin rəisi general-mayor Sergey Baçurin, general-mayor Pyotr Popov və hüquq-mühafizə orqanlarının digər rəhbər şəxslərinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşü keçirilib. Görüşdə sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin təmini, cinayətkarlıqla mübarizə, terrorizm, ekstremizm, eləcə də sərhədyanı ərazilərdə polis və daxili işlər orqanlarının birgə səylərinin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

XİN: Moskva görüşünün nəticələri dövlət başçılarına məruzə ediləcək

28 Aprel 2017 15:35

“28 aprel tarixində Moskvada Rusiya Federasiyası xarici işlər naziri Serqey Lavrovun təşəbbüsü və dəvəti əsasında Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirinin üçtərəfli görüşü keçirilib”. Bu barədə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev nazirlərin görüşünü şərh edərkən deyib. O bildirib ki, görüşdə keçən il Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlər əsnasında prezidentlər səviyyəsində aparılmış substantiv danışıqlar ətraflı müzakirə edilib: “Aparılmış üçtərəfli müzakirələrin nəticələri xarici işlər nazirləri tərəfindən aidiyyəti üzrə dövlət başçılarına məruzə ediləcək”.

Pedro Aqramunt bəyanat yayıb

28 Aprel 2017 15:29

AŞPA sədri Pedro Aqramunt assambleya tərəfindən onun istefasının tələb olunması və ətrafında baş verən narazılıqlarla bağlı bəyanat yayıb. Pedro Aqramuntun İspaniya parlamentindəki mətbuat katibliyindən  verilən məlumata görə, bəyanatda bu həftəAŞPA tarixində tamamilə qəribə halların baş verdiyi qeyd olunur.

"Bununla Qərb müstəqil, güclü müsəlman dövləti görmək istəmədiyini bildirdi"

28 Aprel 2017 15:26

“AŞPA-nın Türkiyə bağlı ədalətsiz mövqeyində yeni heç nə yoxdur. Çünk Avropa zaman-zaman islam ölkələrinə qarşı ikili standartrlardan yanaşaraq bu kimi addımlar atıb”. Bunu  Milli Məclisin deputatı Elman Məmmədov deyib.

İlham Məmmədov: “Ermənistanın sabotajlığa əl atması çox primitiv üsullardır” 

28 Aprel 2017 14:55

“Ümumiyyətlə Dağlıq Qarabağ ətrafında olan tənzimləmə proseslərinin müəyyən məqamları olur ki, o vaxtı da həmişə Ermənistan sabotajlığa əl atmaq istəyir və şər-böhtan kampaniyasına keçir”. Bunu millət vəkili İlham Məmmədov deyib.