Siyasət
Ermənistanın növbəti təxribatının qarşısı alındı
Mayın 5-15-də İspaniyada keçiriləcək Costa Blanca Fashion Week-də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçisinin iştirakının qarşısı alınıb.
İran: "Qarabağ münaqişəsi bir ölkə tərəfindən həll edilə bilməz"
Dağlıq Qarabağ münaqişəsinin həllində iki əsas amil - zaman və münaqişə tərəflərinin ciddiliyi əsas rol oynayır. Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi kimi ərazi münaqişələri bir amillə həll olunası məsələ deyil: "Münaqişənin həllində çoxlu faktorlar rol oynayır. Sonda onların hamısı birləşməlidir ki, böhran həllini tapsın. Ona görə, düşünürəm ki, bu böhranın bir şəxs və ya ölkə tərəfindən həll edilə biləcəyi ilə bağlı söylənən fikirlər düzgün deyil. Münaqişənin çözümü onun həllində rolu ola biləcək bütün amillərin həmrəyliyi ilə mümkündür".
Prezident İlham Əliyev qırğız həmkarına başsağlığı verib
Prezident İlham Əliyev: "Azərbaycanda müasir təhsil kompleksləri yaradaraq elə etməliyik ki, gənclər burada qalsınlar"
Azərbaycanda müasir təhsil kompleksləri yaradaraq elə etməliyik ki, gənclər burada qalsınlar. Bunu Prezident İlham Əliyev Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışı zamanı məktəbin müəllim və tələbələri, Dövlət Neft Şirkətinin nümayəndələri ilə görüşündə deyib.
İlham Əliyev: "Azərbaycan növbəti onilliklər ərzində Cənub Qaz Dəhlizinin icrasından iqtisadi maraqları təmin edəcək"
Azərbaycan növbəti onilliklər ərzində Cənub Qaz Dəhlizinin icrasından iqtisadi maraqları təmin edəcək. Bunu Prezident İlham Əliyev Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışı zamanı məktəbin müəllim və tələbələri, Dövlət Neft Şirkətinin nümayəndələri ilə görüşündə deyib.
Prezident İlham Əliyev: "Bizim bütün şərtlərimiz yerinə yetirilməlidir ki, "Əsrin kontraktı"nın müddəti daha da uzadılsın"
Bizim bütün şərtlərimiz yerinə yetirilməlidir ki, "Əsrin kontraktı"nın müddəti daha da uzadılsın.
Ərdoğan və Putinin Soçi görüşü
Artıq xeyli müddətdir ki, normallaşmağa doğru gedən Rusiya-Türkiyə münasibətləri yeni bir mərhələ astanasındadır. Söhbət iki ölkə rəhbərinin bu günlərdə Rusiya Federasiyasında baş tutacaq görüşündən gedir. Xəbərlərdən də məlum olduğu kimi Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanı mayın 3-də Soçidə görüşə dəvət edib. İndi həm Türkiyə, həm də Rusiyanın siyasi dairələri, analitiklərinin diqqəti məhz Ərdoğan və Putinin Soçi görüşünə yönəlib. Görüş ərəfəsində əsas gündəmdə olan sual isə ondan ibarətdir ki, Kreml rəhbərinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə əsas məqsədi nədir. Axı prezidentlər bir müddət əvvəl görüşmüşdülər?
AntiAzərbaycan şəbəkə hərəkətə keçdi
Gözlənildiyi kimi Azərbaycana qarşı şər kampaniyasına yenidən start verildi. Hələ bir müddət əvvəl qeyd etmişdik ki, IV İslam Həmrəylik Oyunları ərəfəsində yenidən bəlli beynəlxalq təşkilat və qurumların yadına insan hüquq və azadlıqları, mətbuatın mövcud durumu, onun fəaliyyəti üçün mövcud olan imkanlar yada düşəcək və bütün bunların fonunda Azərbaycan tənqid hədəfinə çevriləcək.
"Üçtərəfli görüşdə konkret məsələlər müzakirə olunub"
“Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü rəmzi məna daşıyırdı”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Nyu-Yorkda “Erməni yalanlarına son, şəhid diplomatlarımızı anma” adı altında mitinq keçirilib
Nyu-Yorkda “Erməni yalanlarına son, şəhid diplomatlarımızı anma” adı altında mitinq keçirilib. Mitinq Türk Amerikan Dərnəkləri Federasiyası tərəfindən təşkil olunub. Etiraz tədbirinə türk dərnəkləri ilə yanaşı digər ölkələrin icmaları da dəstək verib.
Cəbhədən təzə xəbər
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istiinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə, Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Bala Cəfərli və Quşçu Ayrım kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Prezident İlham Əliyev Bakı Ali Neft Məktəbinin kampusunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin kampusunun açılışında iştirak edib.
Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başlayıb
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri başlayıb.












.jpg)

