Siyasət
İlham Əliyev: “Terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik”
Prezident İlham Əliyev Barselonada baş vermiş terror hadisəsi ilə əlaqədar olaraq İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib. “OLAYLAR”-ın prezident.az saytına istinadən verdiyi xəbərə görə, dövlət başçısının məktubunda qeyd edilir ki, İspaniyada törədilmiş dəhşətli terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi sarsıldıb: “Dinc insanlara qarşı yönəlmiş bu amansız terror əməllərindən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik.
Barselonadakı terrorla bağlı Azərbaycan XİN-i BƏYANAT YAYDI
Azərbaycan İspaniyanın Barselona şəhərində törədilmiş terror aktlarını qəti şəkildə pisləyir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Ekspert: “Skaut forumu bizi dünyaya fərqli formada təqdim etdi”
40 milyon skautu təmsil edən Milli Skaut Təşkilatlarının liderləri 41-ci Ümumdünya Skaut konfransı çərçivəsində avqustun 14-də Bakıda toplaşdı.
"Həmsədr ölkələr öz aralarında etimad yarada bilmir" - Elxan Ələsgərov
Yaxşı olardı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədrləri azərbaycanlı qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıtması kimi humanitar məsələlərlə daha çox məşğul olardılar.
Boliviyanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani 18 avqust 2017-ci il tarixində Azərbaycanda rəsmi səfərdə olacaq. XİN-dən “Olaylar”a verilən məlumata görə, səfər çərçivəsində nazir Fernando Uanakuni Mamani Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasi-zadə tərəfindən qəbul olunacaq, xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək.
Elmar Məmmədyarov Polşa xarici işlər nazirinin müavinini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasının xarici işlər nazirinin müavini Jan Dziedziczakı qəbul edib. XİN-dən “Olaylar”a verilən mlumata görə, görüşdə Azərbaycanla Polşa arasında münasibətlərin hazırkı səviyyəsinə nəzər salındı və müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Boliviyaya səfər edən bu şəxslər vizadan azad olunacaq
Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani sabah Azərbaycanda rəsmi səfərdə olacaqdır.
Yol tikintisinə 5,8 milyon manat ayrıldı
Prezident İlham Əliyev Ağsu rayonunun Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.
Sudan prezidenti İlham Əliyevi təbrik etdi
Sudan Respublikasının Prezidenti Ömər Həsən Əhməd əl-Bəşir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
"Həmsədrlər prezidentlərin növbəti görüşünün təşkili üzərində işləyirlər"
"Rusiya hər zaman Dağlıq Qarabağ zonasında gərginliyin azaldılmasına yönəlmiş tədbirləri dəstəkləyib". Məlumata görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu istiqamətdə konkret addımların atılmasının vacibliyi birmənalı olaraq dəfələrlə həmsədrlər tərəfindən vurğulanıb: “Bunun vacibliyi 2016-cı ilin mayında Vyanada və iyununda Sankt-Peterburqda keçirilən sammitlərdə qeyd edilib. Vasitəçilər tərəfindən təklif edilən tədbirlərin reallaşdırılması münaqişə tərəflərinin iradəsindən asılıdır. Öz tərəfimizdən biz vəziyyətin stabilləşməsi, münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesin davam etdirilməsi üçün hər şeyi edirik Məhz bu yanaşma Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin bu ilin aprelində Moskvada keçirilən görüşündə üstünlük təşkil edib".
Prezidentlərin övladları Azərbaycana gələcək
Makedoniya və Monteneqro Prezidentlərinin , həmçinin, Latviya, Ukrayna Albaniya, Andorra, Bosniya və Herseqovina Respublikalarının sabiq prezident və Baş nazirlərinin övladları 21-24 avqust tarixində Bakı şəhərində keçiriləcək Qlobal Gənc Liderlər Forumunda iştirak etmək üçün Bakıya gələcək. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq forumda dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısının, bir sıra nüfuzlu proqramların təmsil olunması nəzərdə tutulur.
Mərkəz sədri: “Ermənilərin avropalı olmadığı üzə çıxdı”
“Qondarma Dağlıq Qarabağda qəflətən “prezident” seçkiləri keçirildi. Son konstitusiya islahatlarında aralıq prezident seçkisi nəzərdə tutulmamışdı. 2018-ci ildə növbəti prezident seçkisi keçirilməli idi. Serj Sərkisyan 2018-ci ildə Dağlıq Qarabağda prezident seçkisinə imkan verə bilməzdi. Ona görə məhz indi Bako Saakyanı yenidən prezident seçdirdi”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
"Ermənistan indi də Azərbaycan-İsrail münasibətlərini korlamağa cəhd edir"
“Azərbaycanın Ermənistandan başqa heç bir dövlətlə konflikti yoxdur. Ölkəmiz bütün ölkələrlə sağlam siyasi, iqtisadi, diplomatik əlaqələrə malikdir. Lakin bunu gözü götürməyən qüvvələr var ki, onlar zaman-zaman Azərbaycanın sıx münasibətə malik olan ölkələrlə münasibətini korlamağa cəhd edir, bunun üçün müxtəlif təxribatlara əl atırlar. İsrail KİV-lərində yayılmış məlumatları da bunlardan biri hesab etmək olar”. Bu fikirləri ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.
Azərbaycanlı nümayəndə ilk dəfə olaraq Dünya Skaut Hərəkatı Təşkilatında aparıcı vəzifəyə seçildi
Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının dördüncü günündə 2017-2020-ci illər üçün Dünya Skaut Komitəsinə yeni üzvlər seçilib. 19 namizəddən 12-si Dünya Skaut Komitəsinə üzv seçilib. Sevindirici haldır ki, Azərbaycan Skautlar Assosiasiyasının prezidenti İlyas İsmayıllı da seçilən üzvlər sırasındadır. Beləliklə, ilk dəfə olaraq Azərbaycan nümayəndəsi Dünya Skaut Komitəsinin rəhbər orqanına daxil olub.














