Siyasət

Prezident İlham Əliyev əfqanıstanlı həmkarını təbrik etdi

18 Avqust 2017 17:38

Prezident İlham Əliyev Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qaniyə təbrik məktubu ünvanlayıb.

Prezident İlham Əliyev 5,78 milyon manat pul ayırdı

18 Avqust 2017 17:37

Prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında  sərəncam imzalayıb.

Mariana Vasileva: "Azərbaycanın regionlarını təmsil edən gimnastların səviyyəsi artır"

18 Avqust 2017 16:44

Azərbaycanın regionlarını təmsil edən gimnastların səviyyəsi ildən-ilə artır. Bunu  bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib. Onun sözlərinə görə, bu il Azərbaycanın açıq çempionatında ölkə regionlarından rekord sayda gimnast iştirak edir: "Əvvəl bu yarışlarda yalnız Gəncə iştirak edirdisə, indi biz Kürdəmir və Zirəni də görürük. Regionlar doğrudan da inkişaf edir və bu çox yaxşıdır. Biz bu gün milli komandada yeni nəsil gimnastları görürük. Onlar bir müddət əvvəl hazırlanmış proqramlarla çıxış edirlər. Ümumilikdə biz artıq yeni mövsümə hazırlaşmağa başlamışıq. Yaxın zamanlarda dünya çempionatı baş tutacaq. Orada Azərbaycanı Zöhrə Ağamirova və Ayşən Bayramova təmsil edəcək".

Nazir: "Boliviya Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyini dəstəkləyir"

18 Avqust 2017 16:35

"Boliviya Azərbaycanın siyasi müstəqilliyi, ərazi bütövlüyü və suverenliyini dəstəkləyir". Bu sözləri Boliviyanın xarici işlər naziri Fernando Uanakuni Mamani Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra mətbuat üçün verdiyi bəyanatında deyib.

"Qarabağ bizim torpağımız deyil!"

18 Avqust 2017 16:24

Ermənistan mətbuatı Şirak vilayətinin Hatsik kəndində 19 yaşlı əsgər Abas Sloyanın intiharı ilə bağlı xəbər yayıb. Məlumata görə, Armavir şəhərində xidmət keçən əsgər yoldaşları tərəfindən fiziki zorakılıq və təhqirlərə məruz qalıb. Buna dözməyərək kazarmadan qaçan Sloyan əmisinin evində asılı vəziyyətdə tapılıb.

"Aprel döyüşləri zamanı atəşkəsin elan edilməsinin səbəbi..." - MN-dən Ermənistana cavab

18 Avqust 2017 15:05

Son günlər Ermənistan Müdafiə Nazirliyinin nəzarətində olan saytlarda Azərbaycan Ordusu haqqında daxili auditoriyaya hesablanmış yalan və saxta məlumatlar yayılmaqdadır. “OLAYLAR”-ın xəbərinə görə. bu barədə məlumat yayan Müdafiə Nazirliyi bəyan edir ki, Ermənistan tərəfi bu cür dezinformasiyaları yaymaqla özünü guya Azərbaycan Silahlı Qüvvələri barədə məlumatlı göstərməyə çalışır.

“Lukaşenko Dağlıq Qarabağ tənzimlənməsində həmsədr ölkə prezidentlərindən dəfələrlə aktivdir”

18 Avqust 2017 14:15

“Dağlıq Qarabağ, Ukrayna və Dnestryanı bölgədə Avropasayağı, sivil formada qayda yaratmaq lazımdır. ATƏT Avropa regionunda Belarusa təhlükəsizlik donoru kimi yanaşa bilər. Belarus prezidenti, ATƏT PA-nın rəhbərliyi ilə Minskdə görüşərkən bu bəyanatı verdi”.

Ərdoğan Azərbaycana gələcək

18 Avqust 2017 13:44

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir. Səfərin 10-11 sentyabr tarixlərində baş tutacağı gözlənilir. Məlumata əsasən, səfər çərçivəsində R.T.Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu və digər nazirlər müşayiət edəcək.

Ermənistanın yeni cəfəngiyyatı və illuziyası- TƏHLİL

18 Avqust 2017 13:07

Bir ildən çox vaxt keçməsinə baxmayaraq Ermənistan aprel döyüşlərinin nəticələrinin təsirini unuda bilmir və keçirdiyi narahatlıq göz qabağındadır. Bu xüsusilə də, Ermənistanın aprel döyüşləri haqqında yaydığı şaiyələrdə, atdığı böhtanlarda özünü bir daha göstərir. Diqqətçəkən məqamlardan biri də budur ki, işğalçı ölkə apreldə endirilən sarsıdıcı zərbələrdə, üçüncü dövlətin yəni israil vətəndaşlarının iştirakında israr edir. Bu böhtandan qabaq isə düşmən daha bir dezinformasiya yayıb ki, guya aprelin 2-dən 6-na kimi Azərbaycan Silahlı Qüvvələrinin 558 nəfər şəhidi və 1293 yaralısı olub.

“Bu, Qarabağda gec-tez baş verəcək” - Moskvanın planı erməniləri ŞOKA SALDI

18 Avqust 2017 13:03

Bu günlərdə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland "Amerikanın Səsi" radiosunun Azərbaycan və erməni dili versiyalarına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həllindən danışdı.

Deputat: "Ölkəmizdə dövlət qayğısı əhalinin bütün təbəqələrini əhatə edir"

18 Avqust 2017 12:01

“Azərbaycanda davamlı olaraq həyata keçirilən geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də odur ki, ölkəmizdə dövlət qayğısı əhalinin bütün təbəqələrini əhatə edir. Dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir”. Bu fikirləri  Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Siyasi şərhçi: “Terrora qarşı dövlətlə bərabər vətəndaşlarımız da fəal olmalıdır”

18 Avqust 2017 11:57

“Biz, hər zaman deyirik ki, Azərbaycanın ən gərəkli nailiyyəti buradakı dayanıqlı sabitlikdir”. Bunu  siyasi şərhçi Azər Həsrət İspaniyanın Barselona şəhərində törədilmiş terror aktından danışarkən deyib. Onun sözlərinə görə, insanlarımız səhər evdən çıxanda arxayındırlar ki, axşam evə sağ-salamat qayıdacaqlar: “Halbuki dünyanın əksər ölkələrində bu əminlik yoxdur.

Əflatun Amaşov “Turan” İA-da aparılan yoxlamalardan danışdı

18 Avqust 2017 11:41

“Doğrudan da “Turan” İnformasiya Agentliyi keçmişi, tarixi olan media qurumlarımızdandır. Onun rəhbəri Mehman Əliyev kifayət qədər peşəkar jurnalistdir, səriştəli idarəçidir. Ancaq son zamanlar agentlik media məkanımızda sanki yox kimidir. Bunu müxtəlif amillərlə əsaslandırmaq mümkündür. Cəmiyyət dəyişir, jurnalistika dəyişir, prinsiplər və dəyərlər də həmçinin. Zamanla oxşar proseslərin müxtəlif media qurumlarının timsalında şahidi olmuşuq. Bu proses müəyyən mənada təbiidir”. Bu barədə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov öz “facebook” səhifəsində xəbər paylaşıb.

İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi

18 Avqust 2017 11:38

Barselona şəhərində baş vermiş terror aktı ilə əlaqədar olaraq İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib. Bu barədə İspaniyanın Bakıdakı səfirliyindən bildiriblər.

Barselona terrorunda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları var? - RƏSMİ

18 Avqust 2017 11:18

Barselonada terror hücumlarında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.