Siyasət
Türkiyə Azərbaycana qarşı niyə həssas deyil?
Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmaq, iki dost-qardaş ölkə arasında dərin ziddiyət yaratmağa çalışan erməni lobbisi bir müddət əvvəl daha bir məkirli planını həyata keçirdi. Belə ki, qardaş ölkədən bir neçə siyasətçi və yazarın erməni işğalı altında olan Dağlıq Qarabağa səfərini təşkil edərək guya Türkiyənin siyasiləri tərəfindən də separatçı rejimin tanındığı görüntüsünü yaratmağa çalışdılar. Və təbii olaraq türkiyəli siyasi və yazarların separatçı rejimə səfərləri Azərbaycan cəmiyyətində haqlı narazılığa və ciddi etiraza səbəb oldu. Rəsmi Ankaraya məlumdur ki, vətəndaşlarının Azərbaycanın icazəsi olmadan erməni işğalı altında olan Dağlıq Qarabağa səfər etmələri cinayətdir və bu cinayətə qarşı müvafiq addım atılmalıdır. Millət vəkili Vüsal Hüseynov da belə düşünür.
Ermənistan üçün yeni imkanlar yaradılır
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ermənilərin bu vaxta qədər apardıqları məkirli siyasət fiaskoya uğrayıb. Daha doğrusu, ölkəmizin həyata keçirdiyi hücum diplomatiyası, beynəlxalq ictimaiyyətdə aparılan izahat işləri, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işlər öz səmərəsini verdi. Nəticədə beyəlxalq ictimaiyyətə bəlli oldu ki, ermənilərin indiyə qədər Dağlıq Qarabağla bağlı yürütdükləri siyasət sabun köpüyündan başqa bir şey deyil. Düzdür, əslində dünya ölkələri əsil həqiqətin nədən ibarət olduğunu çox yaxşı bilirdilər, təəssüf ki, Cənubi Qafqazda öz maraqlarını güdən həmin dövlətlər yalnız və yalnız istəklərinin təmin olunmasına çalışırdılar.
Diqqətlər Cenevrəyə yönəlib
Artıq Azərbaycan və Ermənistan prezidentlərinin görüşü dəqiqləşib. Kütləvi informasiya vasitələrinin yaydığı xəbərə görə, İlham Əliyev və Serj Sərkisyan oktyabrın 16-da (dünən) Cenevrədə bir araya gələcəklər. Uzun müddətdən bəri reaallaşmayan görüşün Dağlıq Qarabağ probleminin həllində mühüm rol oynayacağını deyənlər də var, Cenevrə görüşünün əvvəlki görüşlərdən heç nə ilə fərqlənməyəcəyini söyləyənlər də. Bəs görəsən, bu barədə ekspertlər nə düşünür?
Millət vəkili: "Bu Azərbaycan-Türkiyə münasibətlərinə ciddi xələl gətirəcək"
“25 ildir 1 milyondan artıq insanın yaşadıqlarını heçə sayıb, hələ də dünyaya yalan püskürən bir millətin tərəfini saxlamaq… Ayıbdır. Bu nə deməkdir? İllərdir Azərbaycan özünün ən ağır dərdi olan Qarabağla, işğal altında olan digər ərazilərlə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün çalışır. Belə bir şəraitdə "qardaş" dediyimiz şəxslərin işğalçı rejimə dəstək durmaları, onların lehinə açıqlamlar, müsahibələr vermələri faciədir. Bəzi türkiyəli millət vəkilləri Avropa Şurasında əleyhimizə səs verirlər, özlərini "aydın" adlandıran bəzi Türkiyə vətəndaşları işğal altında olan torpaqlarımıza qanunsuz səfər edirlər... Heç çıxıb izah edən, açıqlama verən də yoxdur ki, bilək, görək nə məsələdir. Bu qədər biganəlik olmaz”.
Arzu Rəhimovdan sərt qərar - 7 rayonun “hərbi komissar”ını işdən çıxarıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 7 rayon şöbəsinin rəisi işdən çıxarılıb. Bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb. Əmrə əsasən, xidmətin Ağdaş rayon şöbəsinin rəisi Sadiq İsmayılov tutduğu vəzifədən azad edilərək, Balakən rayon şöbəsinin rəisi, Balakən rayon şöbəsinin rəisi Fuad Cəniyev tutduğu vəzifədən azad edilərək, Lerik rayon şöbəsinin rəisi, Lerik rayon şöbəsinin rəisi Fəxrəddin Mirzəliyev tutduğu vəzifədən azad edilərək, Masallı rayon şöbəsinin rəisi, Masallı rayon şöbəsinin rəisi Rəsul Quliyev tutduğu vəzifədən azad edilərək, Qazax rayon şöbəsinin rəisi, Qazax rayon şöbəsinin rəisi Vüqar Mirzəyev tutduğu vəzifədən azad edilərək, Kəpəz rayon şöbəsinin rəisi, Kəpəz rayon şöbəsinin rəisi İlqar Əliyev tutduğu vəzifədən azad edilərək, Qəbələ rayon şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.
Konqresdə Qarabağ "şou"su olacaq: Bakını nə gözləyir?
ABŞ-da Azərbaycana qarşı Qarabağ dinləmələri – Smit yenə Ermənistanın himayəçisi rolunda
Oktyabrın 18-də ABŞ-ın Helsinki Komissiyasında daha bir qərəzli dinləmələr keçiriləcək. Burada Dağlıq Qarabağ münaqişəsinin yenidən başlanmasının mümkünlüyü və bu məsələdə ABŞ və ATƏT-in rolu müzakirə olunacaq.
Türkiyə hökumətinin biganəliyi: Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar - VİDEO
Türk yazarların işğal altında olan Azərbaycana qanunsuz səfər etməsi, sonra da separatçı rejimi və Ermənistanı təbliğ etməsinin ardından Türkiyə Parlamentinin bir qrup üzvü də AŞPA-da Azərbaycan əleyhinə qəbul edilən qətnaməni dəstəkləyiblər. Təbii ki bütün bunlar Azərbaycan ictimaiyyətini narahat etməyə bilməz. Əsas təssüf doğuran məqam isə Türkiyə hökümətinin bütün bunlara biganə münasibətidir.
Deputat: Türkiyə Azərbaycanın dövlət sərhədini qanunsuz keçmiş vətəndaşları haqqında hüquqi prosedur başlamalıdır
Türkiyə hökuməti Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmiş vətəndaşları haqqında hüquqi prosedur başlamalıdır. Bunu açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. Onun sözlərinə görə, Türkiyə hökuməti bunu etməklə gələcəkdə Qarabağa səfər etmək istəyən digər vətəndaşlarını da belə qeyri-qanuni addımlardan çəkindirməlidir.
Ekspert: Bəzi türkiyəli deputatların fəaliyyəti Ermənistanın xeyrinədir
Sentyabr ayında Türkiyə parlamentinin deputatı Karo Paylanın Yerevana etdiyi səfər açıq-aşkar Ermənistanın xeyrinə olan addımdır. Bunu xarici siyasət üzrə türkiyəli ekspert və "Beyaz Hareket" siyasi hərəkatının baş əlaqələndiricisi Ərdəm Ərən deyib. O deyib: "Milli mənsubiyyətini nəzərə alsaq, K.Paylan Ermənistana rəğbət bəsləyə bilər, amma indiki halda o, uzun müddət Ermənistan və PKK ilə sıx əlaqə saxlamış Xalqların Demokratik Partiyasını (HDP) təmsil edir".
Qardaş Türkiyə Azərbaycanın tələbini niyə yerinə yetirməlidir?
Bu gün bölgədəki bütün üçtərəfli əməkdaşlıq mexanizmlərinin əsas oyunçuları Azərbaycan və Türkiyədir. Bakı-Ankara münasibətləri iki dövlətin deyil, eyni zamanda bütün regionun rifahına xidmət edir. Azərbaycan və Türkiyə bölgədə stabillik və sülhün qarantıdır.
Bakıda gömrükçülər həbs edildi – ARALARINDA DEPUTATIN QOHUMU DA VAR
Ermənilər 118 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 118 dəfə pozub.













