Siyasət
XİN rəhbərləri və həmsədrlər birgə bəyanat yaydı
Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıb. XİN-dən “Olaylar”a verilən məlumata görə, bəyanatda bildirilir: Ermənistan Respublikasının Prezident Serj Sarkisyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cenevrədə, İsveçrə zirvə görüşü keçirdilər. ATƏT Minsk Qrupunun həmsədrlərinin (İqor Popov Rusiya Federasiyası, Stefan Viskonti Fransa, Andrü Sxofer Amerika Birləşmiş Ştatları) himayəsi altında keçirilən görüşdə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iştirak etdilər. Zirvə görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də qatıldı.
Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 16-da bu ölkənin Müdafiə naziri cənab Levan İzoria ilə görüşüb. Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər bu formatda görüşlərin keçirilməsinin ölkələrimizin təhlükəsizliyinə təhdid törədən beynəlxalq terrorizm, aqressiv separatizm və digər təzahürlərlə mübarizədə səylərin birləşdirilməsində əhəmiyyət kəsb etdiyini qeyd ediblər.
Zakir Həsənov Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
Gürcüstanda səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 16-da bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə həyata keçirilən səmərəli əməkdaşlıq təcrübəsini müzakirə edən tərəflər bu münasibətlərin bölgədə təhlükəsizliyin təmin olunmasına zəmin yaratdığını xüsusi qeyd ediblər.
"Türkiyə ictimaiyyəti Dağlıq Qarabağa qanunsuz səfər barədə məlumatsızdır"
"Təəssüflər olsun ki, Türkiyə ictimaiyyəti bir neçə ölkə vətəndaşının Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri barədə yetərincə məlumatlandırılmayıb".
“Beynəlxalq birlik özündə güc tapıb qəti tədbirlər görməlidir”
Məlum olduğu kimi Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda Parlamentlərarası İttifaqın (PAİ) 137-ci Assambleyasında iştirak edib. Assambleyada Rusiya Prezidenti Vladimir Putin açılış mərasimində çıxış edərək bir sıra aktual beynəlxalq məsələlərə toxunub. Assambleyada çıxış edən spiker Oqtay Əsədov Azərbaycanın işğal altında olan ərazilərində etnik təmizləmə aparılır: “Təəssüf ki, ötən 25 il ərzində Ermənistan mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymur və beynəlxalq hüquq qaydalarını kobudcasına pozmaqda davam edir.
Tbilisidə partlayış: yaralılar var
Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Partlayış nəticəsində yaxınlıqdakı binaya ziyan dəyib. Hadisədən sonra başlayan yanğının qarşısı alınıb.
Ermənistandan deportasiya olunmuş soydaşlarımızla görüş keçirilib
Beynəlxalq Diaspor Mərkəzi (BDM), Dünya Azərbaycanlıları Konqresi (DAK) və Azərbaycan Qaçqınlar Cəmiyyətinin (AQC) birgə təşkilatçılığı ilə Abşeron rayonunun Mehdiabad qəsəbəsində məskunlaşan Ermənistandan deportasiya olunmuş soydaşlarımızla görüş keçirilib. “OLAYLAR” -a BDM-in mətbuat xidmətindən bildirilib ki, nahar süfrəsi ətrafında təşkil olunmuş görüşdə Qərbi azərbaycanlıların deportasiyanın növbəti ildönümü anılıb.
Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşünə gəlib.
Aviqdor Eskin: “Ermənilər azərbaycanlıları Qarabağa buraxmalıdır”
Dağlıq Qarabağa qeyri-qanuni səfəri üzündən Azərbaycan XİN-in "qara siyahı"sına daxil edilmiş israilli publisist və politoloq Aviqdor Eskin hesab edir ki, ermənilər və azərbaycanlılar arasında nəinki azad gediş-gəliş olmalıdır, həmçinin onlar Qarabağa da istədikləri vaxt gedə bilməlidir.
Polşanın xarici işlər naziri Azərbaycana gələcək
Polşa Respublikasının xarici işlər naziri Vitold Vaşçikovski 18 oktyabr 2017-ci il tarixində Azərbaycanda rəsmi səfərdə olacaq. XİN-dən “Olaylar”a verilən məlumata görə, səfər çərçivəsində nazir Vitold Vaşçikovskinin xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.
General əsgərinin arvadına intim mesaj göndərdi - Ordudan qovuldu
Rusiyanın MDB-ni gücləndirmək planı işə yaramır
Qərbin, Hərbi Alyansın sərhədlərinə doğru yaxınlaşması sürətli xarakter aldıqca. Rusiya da öz növbəsində yerləşdiyi coğrafiyada, xüsusilə də keçmiş postsovet məkanında mövqelərini möhkəmləndirmək, Qərbə dirəniş göstərmək planları üzərində işləyir. Bu mənada bir ay ərzində MDB-nin, eləcə də Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatının toplantılarının keçirilməsi xüsusi qeyd edilməlidir.
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri görüşəcək
Tbilisi şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçiriləcək. Oktyabrın 17-də keçiriləcək üçtərəfli görüşündə iştirak etmək üçün bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Tbilisi şəhərinə yola düşüb. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı nazirliyin mətbuat xidməti yayıb.
Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyində vacib rol oynayacaq
Ötən həftə Azərbaycanın xarici siyasət tarixində yadda qalan hadisələrdən biri də Bolqarıstan prezidenti Rumen Radevin Azərbaycana səfəri oldu. Səfər zamanı azərbaycanlı həmkarı İlham Əliyevlə görüşüb bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparan Rumen Radev Bakı səfərindən məmnun olduğunu, iki ölkə arasında əlaqələrdə yeni bir mərhələnin başladığını vurğuladı. Təsadüfi deyil ki, əksər ekspertlər, analitiklər də belə düşünür. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Bolqarıstan prezidenti Rumen Radev oktyabrın 13-də Azərbaycana səfər edib.














