Siyasət
Myanma naziri: "Myanmada müsəlmanlar harmoniya şəklində yaşayırlar"
"Myanma çoxdinli bir ölkədir. Myanmada bir çox xalqlar, o cümlədən müsəlmanlar harmoniya şəklində yaşayırlar". Məlumata görə, bunu bu gün Myanmanın beynəlxalq əməkdaşlıq üzrə birlik naziri Kyav Tin Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.
Elxan Şahinoğlu: “Rusiya Xəzərdə hərbi potensialını artırır"
“Rusiya Xəzəri sülh hövzəsi elan etsə də, Xəzərdə hərbi potensialını artırır. Hərbi donanmanın Azərbaycan sərhəddində yerləşdirilməsi Moskvanın Azərbaycana xoş olmayan jestidir”. Bunu politoloq Elxan Şahinoğlu deyib.
"Namizədlər arasında sağlam rəqabət mühiti var"
Babiş: "Seçkilər Azərbaycanın regiondakı mövqeyini daha da artıracaq"
Aprelin 11-də Azərbaycanda keçiriləcək seçkilər ölkənin regionda mövqelərini daha da möhkəmləndirməklə yanaşı, Türkiyə ilə münasibətlərdə sabitliyin davamlılığı baxımından böyük əhəmiyyət kəsb edir.
Politoloq: "Azərbaycan regionundakı həqiqətləri 120 ölkəyə çatdırmaq imkanı əldə etdi"
“Qoşulmama Hərəkatı hər hansı bir bloka, yaxud hərbi siyasi qruplaşmaya daxil olmayan ölkələrin birliyidir”. Bu fikri açıqlamasında politoloq Qabil Hüseynli deyib.
MDB Müşahidə Missiyası: Azərbaycanda seçki prosesi açıq rəqabət mühitində həyata keçir
MDB müşahidə missiyası Azərbaycanda 11 aprel prezident seçkilərinə hazırlıqla bağlı apardıqları müşahidələrin nəticələrinə dair aralıq hesabat yayıb. Hesabatda bildirilir ki, Azərbaycanda seçki prosesi qanunvericiliyə uyğun, sakit atmosferdə, açıq rəqabət mühitində həyata keçir. Missiyanın bu qiymətləndirməsi monitorinqin nəticələrinə dair yekun sənəddə də əksini tapacaq.
“Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirili
Müdafiə nazinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yarışlarda tank heyətləri minalanmış sahələri, digər maneələri dəf etdikdən sonra təyin olunmuş müddətdə hədəflərin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.
Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Jirinovski: “Bakı? Onun yanında Qarabağ var...”
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Yekaterinburq şəhərində EKSPO-2025 sərginin keçirilməsi ideyasını dəstəkləyib. Beynəlxalq Sərgi Bürosunun komissiyasının qarşısında çıxış edən Jirinovski əsas diqqətin təhlükəsizliyə yönəldilməsini istəyib.
Şimali Koreya XİN rəhbəri: “Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisidir”- YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Ri Yon-honun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumata görə, dövlət başçısı Koreya Xalq Demokratik Respublikasının Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında yüksək səviyyədə təmsil olunmasının önəmini vurğulayıb.
Şimali Koreya xarici işlər naziri: "Qoşulmama Hərəkatının Bakı konfransı beynəlxalq sülhə və dayanıqlı inkişafa töhfə verəcək"
Beynəlxalq ədalət olmadan beynəlxalq sülh və sabitliyə, dayanıqlı inkişafa nail olmaq mümkünsüzdür. Məlumata görə, bunu bu gün Şimali Koreya xarici işlər naziri Li Yonq Ho Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.
Çavuşoğlu: "Qarabağ problemi ilə bağlı sənədlər üzərində qəti qərarlar verilsə də, tətbiqi üçün heç nə edilmir"
"Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqları və Qarabağ problemini Azərbaycan beynəlxalq aləmdə çox yaxşı anladır. Ərdoğan başda olmaqla, bizlər də hər yerdə bunu çox yaxşı anladırıq". Məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda bildirib.














