Siyasət

“Seçkilər demokratik, qanunvericiliyə uyğun keçiriləcək”

6 Aprel 2018 11:46

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri Korin Yonkerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Siyasi şərhçi: “Dövlətimiz ən aparıcı qlobal aktora çevrilib”

6 Aprel 2018 11:44

“Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük dövlətlərarası qurumdur”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.

Arzu Nağıyev: “Azərbaycan Qoşulmama Hərəkatının işində aktiv iştirak edir”

6 Aprel 2018 11:41

“Qoşulmama Hərəkatının “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda konfransının Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir”. Bunu politoloq Arzu Nağıyev deyib.

Asim Mollazadə: “Qoşulmama hərəkatı Azərbaycan üçün əlavə bir platformadır”

6 Aprel 2018 11:40

“Qoşulmama hərəkatı beynəlxalq ictimaiyyəti həqiqətlərlə təmin etmək, bölgədə Azərbaycana qarşı olan təcavüz barəsində məlumatlandırmaq üçün əlavə bir platformadır”. Bunu  millət vəkili Asim Mollazadə deyib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AITF-2018” XVII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub

6 Aprel 2018 11:34

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 6-da Bakı Ekspo Mərkəzində "AITF-2018" XVII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və "HOREX Caucasus-2018" XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.

Prezident seçkiləri ilə bağlı bu prosedur da başa çatır

6 Aprel 2018 11:10

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi müddəti sabah başa çatır.

Səfir EBC-nin  Baş direktoru ilə görüşdü

6 Aprel 2018 09:18

Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Braziliyanın dövlət informasiya agentliyi olan EBC (Empresa Brasil de Comunicaçao) nun Baş direktoru Kristiana Samarco ilə görüş keçirilmişdir. Səfirlikdən Olaylar.az - a bildirilib ki, görüşdə, Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə EBC arasında əməkdaşlığa dair Sazişin imzalanması məsələsi müzakirə edilmişdir. Tərəflər, bu Sazişin Azərbaycan və Braziliya ictimaiyyətinin, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə qarşılıqlı olaraq məlumat əldə etmələri üçün münbit şətait yaradacağını vurğulamışlar.

İlham Əliyev: "Ən çox xanımım Mehribanın hazırladığı yeməkləri xoşlayıram"

6 Aprel 2018 09:12

"Mən gündəlik həyatımda sui-istifadə etməməyə çalışıram, hərçənd, əlbəttə, hesab edirəm ki, Azərbaycan mətbəxindən dadlı heç nə yoxdur. Düşünürəm ki, hər bir xalqın nümayəndəsi öz mətbəxini xoşlayır. Mən də istisna deyiləm. Lakin gündəlik həyatımda hər halda bir qədər uzaq durmağa çalışıram". Bunu Azərbaycan Prezidenti İlham ƏliyevRusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib.

Prezident İlham Əliyev 6 rayonda modul tipli məktəblərin quraşdırılmasına vəsait ayırıb - SİYAHI

5 Aprel 2018 18:25

Prezident İlham Əliyev Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Şirvan-Salyan avtomobil yolunun tikintisinə vəsait ayırıb

5 Aprel 2018 18:23

Prezident İlham Əliyev Şirvan-Salyan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Myanma naziri: "Myanmada müsəlmanlar harmoniya şəklində yaşayırlar"

5 Aprel 2018 17:01

"Myanma çoxdinli bir ölkədir. Myanmada bir çox xalqlar, o cümlədən müsəlmanlar harmoniya şəklində yaşayırlar". Məlumata görə, bunu bu gün Myanmanın beynəlxalq əməkdaşlıq üzrə birlik naziri Kyav Tin Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.