Siyasət

TÜRKPA və Türk Şurası Prezident seçkilərinin birgə müşahidəsini aparacaq

6 Aprel 2018 13:55

TÜRKPA 11 aprel 2018-ci il tarixində Azərbaycanda keçiriləcək Prezident seçkilərini müşahidə edəcək. TÜRKPA-dan verilən məlumata görə, missiyanın tərkibinə Qazaxıstan Parlamenti Məclisinin üzvü Berik Ospanov, Qırğız Respublikasının Jogorku Keneşinin üzvləri Duişon Torokulov və Salaidin Aydarov, Türkiyə Böyük Millət Məclisinin deputatları Haluk İpek və Ceyhun İrgil daxildir.

PKK-çılar Ukraynaya cəmlənir

6 Aprel 2018 13:51

Suriya və Iraqda PKK terrorçuları Türkiyə ərazisindən Ermənistana keçməklə oradan isə Avropaya gedirlər. “OLAYLAR” xəbər verir ki,  bellə bir açıqlama ilə çıxış edən Beynəlxalq Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy deyib ki, PKK terrorşularının ən çox üz tutduğu ölkə Ukraynadır: “Ukraynanın Avropa Birliyi ilə vizasiz gediş-gəliş etmək barədə anlaşması var. Beləliklə Avropa ölkələri özlərinə böyük bir problem yaratmış olublar. Türkiyə tərəfi terrorçuların ərazisindən Ermənistana keçməsini əngəlləmək üçün mücadilə edir. Ancaq terroristlərin hamısının qarşısını almaq mümkün deyil”. 

Seçicilər ölkəmizi firəvanlığa aparan namizədə səs verəcəklər

6 Aprel 2018 13:34

Artıq Azərbaycanda prezident seçkiləri öncəsi yaradılan şəraiti izləyən bir sıra beynəlxalq təşkilatlar ölkədə normal seçki mühitinin olması qənaətindədirlər. Bu fikir seçkiöncəsi vəziyyəti müşahidə edən beynəlxalq qurumların yaydıqları rəsmi açıqlamalarında ifadə olunub.

Cümhuriyyət qurucularının xatirəsinin əbədiləşdirilməsinə ehtiyac var

6 Aprel 2018 13:26

“Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucuları elə böyük şəxsiyyətlərdir ki, onlar bütün gələcək nəsillər tərəfindən həmişə ən dərin minnətdarlıqla anılmalıdırlar. Onların yox yerdən qurduqları bu cümhuriyyət, xalqımıza bəxş etdikləri istiqlaliyyət bu millətin var olduğu müddətdə qazandığı ən böyük nailiyyətdir. Əgər bu cümhuriyyət o zaman yaranmasaydı, sonra Sovet İttifaqının tərkibinə biz ayrıca dövlət kimi daxil ola bilməzdik. Və Sovet İttifaqı dağılanda da onun içərisindən müstəqil bir respublika kimi çıxa bilməzdik. Bu gün dövlətimizin olmasına görə həmin şəxsiyyətlərə minnətdarıq. Onların hər biri tarixi simadır. Hər birinin ayrıca araşdırılmasına, millətə təqdim edilməsinə, yaxından tanıdılmasına böyük ehtiyac var”.

Azərbaycanda demokratik seçki mühiti mövcuddur

6 Aprel 2018 13:22

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə bağlı bir sıra prosedurlar başa çatıb. Belə ki, prezident seçkilərində seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti başa çatıb.

Gənclər mövcud siyasətin uğurlu davamına səs verəcəklər

6 Aprel 2018 13:19

Gənclər hər zaman ölkənin ictimai-siyasi həyatında aktiv rol oynayıblar.  Xüsusilə bu və ya digər seçki dönəmində gənclər həmin prosesin aktiv iştirakçısına çevrilərək seçkilərdə fəallıq nümayiş etdirirlər.

AntiAzərbaycan dairələrin sifarişi ilə işləyən vətən xainləri

6 Aprel 2018 13:17

Artıq mühüm siyasi hadisələr, beynəlxalq tədbirlər ərəfəsində olan ölkəmizin antiAzərbaycan qüvvələr tərəfindən hədəfə alınması ənənəyə çevrilib. Yenə də eyni proses davam edir. Ölkədə keçiriləcək prezident seçkilərini pozmaq, ona kölgə salmaq üçün Azərbaycana qarşı barışmaz mövqedə dayanan, ölkəmizin inkişafını istəməyən qüvvələr yenə iş başındadırlar.

"Azərbaycan demokratik ənənələrə sadiqdir"

6 Aprel 2018 13:10

Azərbaycanda demokratik ənənələrin əsası 100 il bundan əvvəl qoyulub. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan bu demokratik ənənələrə sadiqlik nümayiş etdirir. 1993-cü ildən bu günə qədər ölkədə keçirilən bütün seçkilər demokratik prinsiplərə uyğun təşkil olunub. Əminəm ki, aprelin 11-də keçiriləcək prezident seçkiləri də Azərbaycanda 100 il bundan əvvəl əsası qoyulan demokratik ənənələrə uyğun olacaq.

BƏƏ XİN başçısı: “Azərbaycan müasir müsəlman ölkəsidir, biz də bu dəyərləri bölüşürük”

6 Aprel 2018 12:58

“Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla çox yaxşı əlaqələri var”. Məlumata görə, bunu Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə naziri Ənvər Qarqaş deyib.

AVCİYA prezident seçkiləri ilə əlaqədar aralıq hesabatını açıqlayıb

6 Aprel 2018 12:55

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb.  AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, aralıq hesabatı 5 fevral - 6 aprel tarixlərini əhatə edib.

Aslan İsmayılov niyə vətən xaininə qoşuldu? - Rauf Arifoğlunun yazısı

6 Aprel 2018 12:21

O qədər absurd ki! Aslan İsmayılov məni İranın Qum şəhərindən yayın yapan Facebook səhifəsindəki materialla vurur! Nur-az.com adlı bu səhifəyə və eyniadlı sayta Azərbaycana xəyanətə görə axtarışda olan, 1996-ci ildən İrana qaçaraq, hələ də orada yaşayan və iddialara görə, qonşu ölkənin xüsusi xidmət orqanlarına casusluq edən, hər gün ölkəmizə qarşı ideoloji təxribatla məşğul olan İsgəndər Hüseynzadə rəhbərlik edir.

Düşmən 93 dəfə atəşkəsi pozub

6 Aprel 2018 11:53

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 93 dəfə pozub.

Rumıniyadakı vətəndaşlarımız Moldovada yaradılan seçki məntəqəsində səs verəcəklər

6 Aprel 2018 11:50

Rumıniyada yaşayan və işləyən Azərbaycan vətəndaşları aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkəmizin Moldovadakı səfirliyində yaradılan məntəqədə səs verəcəklər. 

“Azərbaycanda seçkilərə hazırlıq yüksək səviyyədə gedir”

6 Aprel 2018 11:49

“Aprelin 11-də keçiriləcək prezident seçkilərində Azərbaycan xalqı ölkənin sabitliyini, rifahını, iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən, daxili və xarici siyasətini böyük uğura aparan namizədə səs verəcək”.