Siyasət
MSK maliyyə hesabatı verən partiyaların adlarını açıqladı
Mərkəzi Seçki Komissiyasına (MSK) 2017-ci il üzrə maliyyə hesabatı təqdim edən siyasi partiyaların bir qisminin adı açıqlanıb.“Olaylar” xəbər verir ki, adları açıqlanan partiyaların sayı 19-dur. Bunlar Yeni Azərbaycan Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Kommunist Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası, Azərbaycan Xalq Partiyası, Vəhdət Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Azərbaycan Təkamül Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və “Milli Vəhdət” Partiyasıdır. Ümumilikdə isə MSK-ya maliyyə hesabatı təqdim edən partiyaların sayı 30-a yaxındır.
"Siyasi eksperimentlər" dövrü artıq başa çatıb
Ölkəmiz müstəqillk əldə etdikdən bəri Azərbaycan xalqı öz istək və iradəsini ortaya qoymaqla müdikliyini nümayiş etdirir. Müstəqil Azərbaycan dövlətçiliyinə qarşı yaranan təhlükəni təmkinlə dəf edən xalq çübhəsiz ki, onu qoruyub saxlamağı da bacaracaq. Hazırda mövcud iqtidarın ətrafında sıx birləşdiyini real əməldə sübut edən xalqın prinsipiallığı sayəsində ölkəmiz günü-gündən inkişaf edir.
“Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının tamhüquqlu üzvüdür"
“Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının tamhüquqlu üzvüdür. Azərbaycan 2019-2022-ci illər ərzində isə Qoşulmama hərəkatına sədrlik edəcək. Azərbaycan vaxtilə Qoşulmama Hərəkatına ona görə üzv oldu ki, bir daha beynəlxalq aləmə balanslaşdırılmış xarici siyasət yürütdüyünü təsdiq etsin. Bu siyasət Azərbaycanı təhlükələrdən qorumalıdır”. Bunu politoloq Elxan Şahinoğlu deyib.
Rusiyaya qarşı Avropanın yeni təzyiq metodları
Rusiya Qərbin yeni təzyiqləri ilə üz-üzə qalıb. Krım böhranından bu yana iqtisadi sanksiyalarla Moskvanı çökdürə bilməyən Qərb indi də diplomat oyunu ilə Rusiyaya qarşı amansız mübarizəyə start verib.
Məmmədyarov BMT Baş Assambleyasının sədri ilə nədən danışıb?
Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransı çərçivəsində BMT Baş Assambleyasının sədri Miroslav Layçakı qəbul edib. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, M.Layçak Slovakiya xarici işlər naziri kimi 2010-cu ildə Azərbaycana səfərini xatırlayaraq, bu illər ərzində Azərbaycanın bütün sahələrdə inkişafının təqdirəlayiq olduğunu vurğulayıb və yenidən ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edib.
Türkiyə-Rusiya-İran formatı bölgədə real gücə çevrilir
Rusiya-Türkiyə münasibətləri son bir neçə ildə gözlənilmədiyi qədər inkişaf edib. İki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, Moskva ilə Ankara arasında müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması artıq bu iki dövləti strateji müttəfiqə çevirib. Xüsusilə Türkiyə ilə Rusiya arasındakı strateji müttəfiqlik Suriyada özünü daha çox büruzə verir. Və təbii ki, Ankara ilə Moskvanın bu cür yaxınlaşması Qərbin. Birləşmiş Ştatların narahatçılığını artırır.
Seçkilərdən sonra hökumətin istefaya göndərilməsi Konstitusiyanın tələbidir
Prezident seçkiləri hər bir ölkənin həyatına xüsusi yer tutur. Əvvəlcə prezidentlik uğrunda mübarizəyə qoşulan namizədlər seçildiyi təqdirdə həyata keçirəcəyi daxili və xarici siyasətin əsas məqamlarndan ibarət proqramlarını ortaya qoyur və təbliğat mexanizmləri vasitəsilə həmin proqramın rəqiblərindən hansı cəhətlərinə görə üstün olmasını cəmiyyətə catdırmağa çalışırlar.
Musa Quliyev: "Azərbaycan sülhsevər dövlətdir"
“Bu gün “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilir. Azərbaycanın belə tədbirlərdə iştirakı tək regionda deyil, düyada nüfuzunun bir göstəricisidir”. Bu sözləri millət vəkili Musa Quliyev deyib.
Ordumuz dünyada neçənci yerdədir? – Yeni reytinq
2017-ci ilin nəticələrinə görə, Azərbaycan dünyanın 58-ci ən güclü ordusuna sahibdir. Bu nəticə Qlobal Atəş Gücü şirkətinin hazırladığı reytinq cədvəlində yer alıb. Yeni reytinq cədvəlində Azərbaycan keçən il tutduğu mövqeni dəyişməyib. Bu göstəricisinə görə ölkəmiz Cənubi Qafqazda lider, postsovet məkanı ölkələri arasında beşinci yeri tutub. Belə ki, siyahıda Azərbaycanı Ukrayna (30), Özbəkistan (48), Belarus (49) və Qazaxıstanı (55) qabaqlaya bilib. Qafqazdakı qonşularımızdan olan Gürcüstan 82-ci, Ermənistan isə 93-cü yerdə qərarlaşıb.
“5-ci kolon”un anti-Azərbaycan kampaniyası, puça çıxan ümidlər...
Azərbaycanda keçiriləcək prezident seçkilərinin başlanmasına az qalmış anti-Azərbaycan qüvvələr Qərbdən verilmiş komanda üzrə öz fəaliyyətini gücləndirib. Ölkəmizin ardıcıl surətdə öz nüfuzunu artırması təkcə Ermənistanı deyil, Qərbdə yerləşən bir çox dövlətləri və “beynəlxalq təşkilatları” da narahat edir. Buna görə də, cəmiyyət daxilində qarşıdurma yaratmaq üçün öz “5-ci kolon”larına müvafiq tapşırıqlar veriblər. Ölkə daxilində mitinqlər, xaricində isə virtual söyüş və təhqir kampaniyaları baş alıb gedir.
İran XİN rəhbəri: "ABŞ beynəlxalq təhlükəsizlik sahəsində öhdəlilklərini yerinə yetirmir
"Biz Fələstin xalqına qarşı zorakılığı pisləyirik. İsrail qlobal təhlükəsizliyə təhdid olmağa davam edir. Şərqdə stabilliyin pozulması ekstremizm və zorakılığa gətirib çıxarır". Məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.
Nazir: “Azərbaycan BMT Baş Assambleyasının rolunun artırılmasını dəstəkləyir”
“Azərbaycan sülh və təhlükəsizliyin təminatında BMT-nin aparıcı rolunu qəbul edir”. Məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.
Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud "status-kvo" heç zaman qəbul edilməyəcək"
"Azərbaycan və Ermənistan arasında həll olunmamış münaqişə təhlükəsizlik və iqtisadi inkişaf üçün əsas maneədir". Məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib. Nazir bildirib ki, Azərbaycana qarşı işğal 20 ildən çoxdur davam edir.














