Siyasət

Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud "status-kvo" heç zaman qəbul edilməyəcək"

5 Aprel 2018 12:16

"Azərbaycan və Ermənistan arasında həll olunmamış münaqişə təhlükəsizlik və iqtisadi inkişaf üçün əsas maneədir". Məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib. Nazir bildirib ki, Azərbaycana qarşı işğal 20 ildən çoxdur davam edir.

Prezident: "Azərbaycan regional əməkdaşlıqda mühüm rol oynayır"

5 Aprel 2018 12:15

"Azərbaycanın iqtisadi nailiyyətləri dünyanın aparıcı maliyyə institutlarının hesabatında əksini tapır". Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.

Venesuela xarici işlər naziri: “Ərazi bütövlüyü prinsiplərinə hörmətlə yanaşmalıyıq”

5 Aprel 2018 12:11

“Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edəcək”. Məlumata görə, Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında Venesuelanın xarici işlər naziri Xorxe Arreaza deyib. Nazir bildirib ki, ölkəsində 2016-cı ildə sammit keçirilib.

Cəbhədən ən son xəbər

5 Aprel 2018 12:07

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 75 dəfə pozub. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü düşmənə bir daha sübut etdi

5 Aprel 2018 09:31

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə aprelin 3-də Texnika və texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində “Vətən mənə oğul desə…” adlı maarifçilik tədbiri keçirilib.

15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsum təsdiqlənib

4 Aprel 2018 18:29

Azərbaycanda 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsumlar təsdiqlənib. Azərbaycanda 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsumlar təsdiqlənib.

AŞPA Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı açıqlama yayıb

4 Aprel 2018 18:27

Avropa Şurası Parlament Assambleyası təşkilat tərəfindən Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidəsi ilə bağlı açıqlama yayıb. APA-nın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, 33 nəfərlik AŞPAmüşahidə missiyasına rumıniyalı parlamentar Viorel Rişard Badea sədrlik edir. Nümayəndə heyəti ATƏT PA və ATƏT DTİHB ilə birlikdə Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.