Siyasət

Prezident İlham Əliyev Könül Xasıyevaya fərdi təqaüd verib

4 Aprel 2018 18:05

Prezident İlham Əliyev Könül Xasıyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

ATƏT baş katibi: "Minsk qrupu formatı Avropanın təhlükəsizliyi uğrunda əməkdaşlığın mümkün olduğunu göstərir"

4 Aprel 2018 17:50

"ATƏT-in Minsk qrupu formatı Avropanın təhlükəsizliyi uğrunda əməkdaşlığın mümkün olduğunu göstərir". Məlumata görə, bunu Rusiya paytaxtında VII Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən "Avropada təhlükəsizlik: əməkdaşlıq yoxsa konfrantasiya" adlı sessiyada çıxış edən ATƏT baş katibi Tomas Qreminger deyib.

ATƏT-in baş katibi: "Rusiyanın hərbi-siyasi məsələlərin həllində rolunu davam etdirməsini istəyirik"

4 Aprel 2018 17:49

"Rusiya avroatlantik regionda təhlükəsizliyin bərqərar olmasında əsas oyunçulardan biridir". Məlumata görə, bunu VII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında jurnalistlərə açıqlamasındaATƏT baş katibi Tomas Qreminger bildirib.

Əfv Komissiyasının növbəti iclası keçirilib

4 Aprel 2018 17:47

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. İclasda əfvlə bağlı 100-ə yaxın müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib. İndiyədək keçirilən iclaslarda 500-ə yaxın müraciətə baxılıb.

Azərbaycan Fransaya nota verəcək

4 Aprel 2018 17:43

"ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Aşot Qulyan adlı şəxsin səfəri ilə əlaqədar kəskin etirazımızı ifadə edirik". Bu sözləri  açıqlamasında XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Akkreditə olunmuş yerli müşahidəçilərin sayı 57 mini ötüb

4 Aprel 2018 17:41

Bu günə qədər aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş yerli müşahidəçilərin sayı ilə bağlı son statistika açıqlanıb.MSK-nın Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, prezident seçkiləri ilə əlaqədar 57 min 373 yerli müşahidəçi akkreditə olunub.

Duqin erməniləri sakitləşdirdi: Sizi satmarıq, qorxmayın!

4 Aprel 2018 17:18

Türkiyə-Rusiya-İran arasında strateji alyans son illər güclənib. Bunu “1in.am” saytına müsahibəsində rusiyalı filosof və ideoloq Aleksandr Duqin deyib. “Bu alyansın qarşısında çoxlu maneələr dayanır, amma o maneələri çətinliklə də olsa, aşmaq mümkün olur. Bu gün belə bir müttəfiqliyi ləğv edəcək heç bir güc yoxdur.

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib

4 Aprel 2018 16:48

Azərbaycan prezidenti İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvilini qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Azərbaycan prezidenti İordaniyanın dövlət nazirini qəbul edib

4 Aprel 2018 16:47

Azərbaycan prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığının informasiya və kommunikasiya üzrə dövlət naziri Mohammad Əl Momanini qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.  

"Əhalinin seçkilərdə iştirakını əngəlləyəcək nüanslar yoxdur"

4 Aprel 2018 15:46

Həm MDB, həm də Yaxın və Orta Şərq dövlətləri arasında Azərbaycanın seçki sahəsində böyük təcrübəsi var. Azərbaycanın seçki qanunvericiliyində dünyanın sivil qanunlarına uyğun bütün prinsiplər nəzərə alınıb.

Prezidentliyə namizədlərin ikinci maliyyə hesabatı açıqlandı - SİYAHI

4 Aprel 2018 15:44

Azərbaycanda bütün prezidentliyə namizədlərin seçki fondlarına daxil olan vəsaitlərə dair maliyyə hesabatları (İkinci ilkin maliyyə hesabatı) açıqlanıb.

"Xalqın gücü, iradəsi qarşısında duruş gətirmək mümkünsüzdür"

4 Aprel 2018 15:30

"Bugünkü gün üçün ən effektli və mövcud olan bütün mübarizə üsullarından artıq istifadə olunur. Əlbəttə, xaricdə oturub Azərbaycanın milli-mənəvi dəyərlərinə təhqiramiz ifadələr söyləyən adamlara qarşı onların öz üsulları ilə mübarizə aparmaq qəti şəkildə uğurlu olmazdı. Bu mənada seçilən mübarizə üsullarını məqbul hesab edirəm".

"Bakı Asiya ilə Avropa arasında iri qovşağa çevrilə bilər"

4 Aprel 2018 15:23

"Çin ümid edir ki, Bakı Asiya ilə Avropa arasında iri qovşağa çevriləcək". Bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanına təhvil verilmiş texnikanın təqdimat mərasimi zamanı Çinin Azərbaycandakı səfiri Vey Tszinhua deyib.

Sosial şəbəkələrin söyüş qrupunun alətinə çevrilməsinə imkan verməməliyik

4 Aprel 2018 14:51

Avropadakı söyüşcül qruplar öz çirkin əməllərini davam etdirirlər. Bütün əndazəni, normaları, etikanı keçən bu şəxslər eyni zamanda qoca qitədə Azərbaycan adına təşkil edilən görüş və toplantıları da pozmağa, süni şəkildə qarşıdurma yaratmağa çalışırlar. Ən son Almaniyanın Köln şəhərində keçirilən toplantı zamanı biz bunun əyani şahidinə çevrildik.

Ölkənin boks ictimaiyyəti İlham Əliyevə səs verəcək

4 Aprel 2018 14:07

Azərbaycan Boks Federasiyasında (ABF) aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı iclas keçirilib. “OLAYLAR” GİN-ə istinadən xəbər verir ki,  toplantıda ABF rəhbərliyi, milli komandaların məşqçilər korpusu və boksçular iştirak ediblər.