İsrail təyyarələri Suriyanı vurmağa başladı - Suriya mətbuatı
17 Aprel 2018 05:46 SiyasətGecə saatlarında Suriyanın Xüms şəhərində yerləşən aviabazaya raket zərbələri endirilib.
Musavat.com-un məlumatına görə, Suriya və İran mətbuatı raket zərbələrinin havadan müdafiə sistemi tərəfindən vurulduğunu yazır.
Qeyd edək ki, raket zərbələrinin ABŞ, İngiltərə və Fransanın Suriyanı vurmasından 4 gün sonra baş verməsi diqqəti ABŞ üzərində cəmləsə də, Pentaqon hazırda Suriyada hərbi əməliyyat aparmadığını bəyan edib.
Suriyanın yerli mətbuatı isə hava sahələrində İsrail hərbi təyyarələrinin göründüyünü yazıb. Suriyanın bir qisim media orqanı isə raketlərin Livanı keçərək Suriyaya çatdığını yazır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31