Siyasət
Qabil Hüseynli: “Sarkisyanın yalnız bir ümidi var, o da Rusiyadır"
"Ümumiyyətlə ilk dəfədir ki, Ermənistandakı mövcud hakimiyyətə qarşı bu cür kütləvi hərəkatlar baş verir. Bu proses az qala ölkənin bütün hissələrini əhatə edib. Hakimiyyət az qala bütünlüklə müxalifətin əlindədir". Bunu politoloq Qabil Hüseynli deyib.
Millət vəkili: “Azərbaycan dövləti öz vətəndaşının qayğısına qalır”
“Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimindən sonra imzaladığı ilk Fərman “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman oldu. Ölkədə təqribən 13 minə qədər bu statusda olan şəxs var. Büdcədən təqribən 100 milyondan bir qədər çox vəsait buna xərclənəcək”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Əflatun Amaşov: “Azərbaycan xalqı ünsürlərin cavabını layiqincə verdi”
“Ümumiyyətlə Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, seçkilər ərəfəsində və s. anti-ünsürlər Azərbaycana qarşı müxtəlif vasitələrə əl atırdılar”. Bunu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.
Prezidentin son fərmanı ölkədə vətənpərvərlik hissini daha da artıracaq
Ölkədə vətənpərvərlik ruhunun artırılması, gənclər arasında milli qəhrəmanlarımız barədə geniş təbliğat işlərinin aparılması istiqamətində görülən işlər, həyata keçirilən tədbirlə sırasında bu qəbildən olan şəxslərə və onların ailə üzvlərinə göstərilən diqqə və qayğı xüsusi önəm kəsb edir.
“Bu, ordu və dövlət birliyini şərtləndirən mühüm sənəddir” – Ekspert
“Prezident İlham Əliyevin ərazi bütövlüyümüz uğrunda həlak olmuş, itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı imzaladığı fərman hər şeydən əvvəl Ali Baş Komandan kimi tabeçiliyindəki hərbi qulluqçulara göstərdiyi diqqət və qayğının əsgəri nümunəsi, indiyədək ordu quruculuğu sahəsində atılan mühüm addımların davamıdır”.
Ermənistanın strateji obyektləri hədəfimizdə - Video
Azərbaycan Belarusdan “Polonez” reaktiv yaylım atəş sistemi alır.
Tiflisdən sonra Qərb İrəvana girir – Trofimçukun şərhi
Paşinyan qərbyönlüdür, amma Qərb hələlik onu dəstəkləmir.
"Erməniçilik, dəfələrlə qeyd etdiyimiz kimi, mif yaradıcılığına, mifomaniyaya çox meyllidir"
"Erməniçilik, dəfələrlə qeyd etdiyimiz kimi, mif yaradıcılığına, mifomaniyaya çox meyllidir". Bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 lliyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan, "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü"" münasibəti ilə "Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir" mövzusunda konfransda deyib.
BMT-nin Azərbaycandakı nümayəndəliyinin yeni vebsaytı istifadəyə verilib
BMT-nin Azərbaycandakı nümayəndəliyinin yeni vebsaytı istifadəyə verilib. Təşkilatın Bakı ofisinin İnformasiya Departamentindən “OLAYLAR”-a bildirilib ki, əvvəlki saytımızdan fərqli olaraq, yenisinin aşağıdakı özəllikləri olacaq. Belə ki, vebsayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək. BMT-nin Azərbaycanda fəaliyyət göstərən bütün agentliklərin fəaliyyətini işıqlandıracaq.
Miroslav Layçak: “BMT-nin münaqişələrin qarşısını alması normaya çevrilməlidir”
24-25 aprel tarixlərində BMT-nin Nyu-Yorkdakı baş qərargahında “Sülhyaratma və sülhün dayanıqlılığı” mövzusunda Yüksək Səviyyəli Toplantı keçiriləcək. Bu tədbir ərəfəsində BMT Baş Assambleyasının prezidenti Miroslav Layçak toplantının mahiyyəti və onun məqsədlərinə dair “Sülhə yeni yanaşma” adlı müəllif yazısı hazırlayıb.
Rob Sobhani: Azərbaycan sabit ölkə olaraq bundan sonra da etibarlı tərəfdaş kimi qəbul ediləcək
Azərbaycan sabit ölkə olaraq bundan sonra da etibarlı tərəfdaş kimi qəbul ediləcək.
Ermənilər 96 dəfə atəşkəsi pozub
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 96 dəfə pozub.
ABŞ-dan açıqlama: Türkiyədə erkən seçki...
Türkiyənin fövqəladə rejim vəziyyətində şəffaf və ədalətli seçkilər keçirəcəyindən narahatıq.
Ermənistanın Naxçıvan mövzusunu aktullaşdırması Rusiyanın regiondan sıxışdırılıb çıxarılmasına yönəlib
Ermənistanın ictimai-siyasi həyatında son dövrlərdə Naxçıvan mövzusu xeyli aktuallaşdırılıb. Guya Azərbaycan Naxçıvan istiqamətindən Ermənistana hücuma keçəcək. Naxçıvan mövzusunun aktuallaşdırılması təsadüfi deyil. Çünki Naxçıvan istiqamətində hərbi əməliyyatlar digər istiqamətdəki hərbi əməliyyatlardan tamamilə fərqlidir və Ermənistanın fikrincə, Naxçıvanda hərbi əməliyyatlar olacağı təqdirdə 1921-ci ilin Qars müqaviləsinə görə Türkiyə Azərbaycanı dəstəkləməlidir və Türkiyənin Azərbaycanı dəstəkləməsinə cavab olaraq Rusiya Ermənistanı dəstəkləyəcək. Beləliklə, Rusiya-Türkiyə müharibəsi yaranacaq. Nəticədə, bu NATO-KTMT müharibəsinə çevriləcək və beləliklə, Qərb arzuladığı müharibəni Rusiyanın sərhədlərinə xeyli yaxınlaşdıracaq. Ona görə Naxçıvan istiqamətindəki müharibə S.Sərkisyan üçün çox ciddi həyati zərurətə çevrilib.














