Siyasət
Gülər Əhmədovadan sensasion müsahibə
Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təlim mərkəzlərində Raket və Artilleriya Qoşunlarının taktiki təlimləri keçirilib.
NATO generalların Bakı görüşü barədə məlumat yayıb
NATO Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparottinin Bakıda keçirilən görüşü barədə məlumat yayıb.
Vüqar Rəhimzadə: "Xalqımız son 15 ildə görülən işlərə öz yüksək qiymətini verdi"
“11 aprel prezident seçkiləri Azərbaycanda demokratiyanın təntənəsi olmaqla yanaşı, xalqımızın ulu öndər Heydər Əliyevin siyasətinə inamını, etimadını bir daha nümayiş etdirdi. Xalqımız son 15 ildə görülən işlərə öz yüksək qiymətini verdi. Bu müddətdə Azərbaycanın ayrı-ayrı sahələrdə əldə etdiyi uğurların miqyasına diqqət yetirdikdə harada yaşamasından, siyasi əqidəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bundan yalnız və yalnız qürur duya bilər.
“Bunu Ermənistan hakimiyyətləri də açıq şəkildə etiraf ediblər”
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı bir sıra mühüm məsələlərə toxundu. Bunlardan biri Azərbaycanın ərazi bütövlüyünün bərpası və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ idi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini münaqişənin həlli üçün əsas hüquqi baza adlandıran dövlət başçısı bildirib ki, Azərbaycan dünyaya haqlı olduğunu bir daha sübut edə bilib.
Romada ulu öndərə həsr olunmuş beynəlxalq konfrans
Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.
Prezidentin bu fərmanı orduda böyük ruh yükəkliyi yaradacaq - General Aydəmirov
"Ali Baş Komandanımız, prezident İlham Əliyevin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərmanı orduda, Silahlı Qüvvələrimizdə xidmət edən hər kəsdə böyük ruh yüksəkliyi yaradacaq. Bununla onlar görür ki, hərbi əməliyyatlar zamanı şəhid olmuş və itkin düşmüş şəxslərin ailələrinə dövlət tərəfindən lazımi qayğı göstərilir. Odur ki, belə bir addım bütün zabit, gizir və əsgərlər, ümumilikdə şəxsi heyətdə ruh yüksəkliyinin artmasına təsir edəcək və onlar daha böyük həvəslə döyüş tapşırıqlarını yerinə yetirməyə can atacaqlar".
Elşən Musayev: “Ermənistan rəhbərliyi öz xislətinin qurbanı olub”
“Ümumiyyətlə bu gün Ermənistan rəhbərliyi öz xislətinin qurbanı olub. Bu vaxta qədər hansı yarıtmaz siyasət həyata keçiriblərsə, bu gün də həmin o siyasətin cavabını alırlar”. Bunu millət vəkili Elşən Musayev deyib.
“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir”
"Azərbaycan ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olub və biz son 15 il ərzində bunu dünyaya nümayiş etdirmişik”.
Prezidentin sosial siyasət kursu tədqir olunur
Azərbaycanda iqtisadi inkişafla sosial rifahın əlaqələndirilməsi, ölkənin iqtisadi dividentlərinin vətəndaşın rifah halının yüksəlməsinə yönəldilib. Nəticədə cəmiyyətin tərəqqisində bütün fərdlərin sosial-iqtisadi mənafelərinin bərabər təminatına xidmət edir. Xüsusən, Preziden İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasət Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin rifahının yaxşılaşdırılmasına yönələn tədbirlər ildən-ilə yüksələn xətlə davam edir.
Lev Spivak: "Azərbaycanda sabit iqtisadi və siyasi mühit gələcəkdə də davam edəcək"
Azərbaycanda sabit iqtisadi və siyasi mühit hökm sürür və bu gələcəkdə də davam edəcək.
Müxalifət dediyin belə olar!
Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli təşəbbüs irəli sürdü, prezident Recep Tayyip Erdoğan da onu dəyərləndirdi. Qardaş Türkiyə 24 iyunda növbədənkənar seçkiyə gedir. Həm parlament, həm də prezident seçkisinə.
“Prezidentin debatlarda səsləndirilən təkliflərə diqqətlə yanaşması sevindirici haldır”
“Prezidentin səsləndirdiyi fikirləri yüksək qiymətləndiririk. Seçki kampaniyası ərzində ciddi rəqabət mühitinin olmasına baxmayaraq, bütün etik normalara əməl edən partiyanın təmsilçiləriyik. Partiyamızın sədri və prezidentliyə namizəd olmuş Qüdrət Həsənquliyev bütün debatlarda yalnız mövcud problemləri və onun həlli yolları barədə danışırdı. Bu problemlərin həllinin kimin tərəfindən həyata keçiriləcəyi bizim üçün prioritet məsələ deyil”.
Ərdoğan 55.6 faizlə lider oldu- AKP sorğusu
“Son sorğuda Prezident Rəcəb Tayyib Ərdoğanın səs faizi 55.6-ya bərabər olub”.



.jpg)










