Ümummilli liderin anadan olmasının ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir
8 May 2018 11:47 SiyasətMüdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində silsilə tədbirlər keçirilir.
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edir. Hərbi hissələrdə Ulu Öndərin şərəfli həyat yolu və fəaliyyəti haqqında filmlər təqdim olunur, ictimai-siyasi hazırlıq dərslərində, tərbiyəvi iş saatlarında söhbətlər aparılır və digər mədəni-kütləvi tədbirlər keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31