Siyasət
Politoloq: “Dünya ölkələrinin dövlətimizə inamı artıb”
“Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində də qeyd etdiyi kimi Azərbaycan son 15 il ərzində böyük demokratiya dövrü keçib. Eyni zamanda ölkəmiz dünyaya inteqrasiya edib, dünya ölkələrinin dövlətimizə inamı artıb və bunun nəticəsi olaraq bir çox beynəlxalq əhəmiyyətli tədbir və konfranslar ölkəmizdə keçirilib”. Bunu politoloq Ramiz Alıyev deyib.
Prezident İlham Əliyev Artur Rasi-zadəyə Baş nazir vəzifəsində gördüyü işlərə görə təşəkkürünü bildirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Artur Rasi-zadənin uzun illər dövlət qulluğunda yüksək vəzifələrdə səmərəli fəaliyyət göstərdiyini qeyd edərək onun ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı yolunda əzmlə çalışdığını bildirib. Qeyd olunub ki, Artur Rasi-zadə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə də müstəqilliyimizin daha da möhkəmləndirilməsi və ölkəmizin böyük uğurlar qazanması istiqamətində səylərini əsirgəməyib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edildi
Azərbaycan prezidenti İlham Əliyev istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.
Gömrük Komitəsi və Vergilər Nazirliyi bəzi əməliyyatlara birgə nəzarət edəcək
Prezident İlham Əliyev ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi məqsədilə bir sıra idxal-ixrac əməliyyatları üzrə Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi tərəfindən birgə nəzarət mexanizminin tətbiqi məqsədəuyğun sayılıb.
Bəhreyn kralı prezident İlham Əliyevi təbrik etdi
Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan prezidentiİlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Yenidən dost Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi şəxsən öz adımdan, Bəhreyn xalqı və hökuməti adından səmimi qəlbdən təbrik edirəm. Bu seçim ölkəni daha parlaq gələcəyə aparan liderlik bacarığınızı qiymətləndirən xalq tərəfindən Sizə göstərilən yüksək etimadı nümayiş etdirir.
Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb
Prezident İlham Əliyev aprelin 20-də Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.
Hacıbala Abutalıbov istefa verdi
Siyavuş Novruzov: "Azərbaycan xalqı inkişafa, təhlükəsizliyə, tərəqqiyə səs verdi"
Azərbaycan xalqı aprelin 11-də ölkəmizdə keçirilmiş prezident seçkilərində növbəti dəfə çox düzgün seçim etdi. Xalqımız bu dəfə də Azərbaycanın iqtisadi inkişafına, təhlükəsizliyinə, tərəqqisinə, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasına səs verdi və yenidən cənab İlham Əliyevi Prezident seçdi. Azərbaycan xalqı birlik, həmrəylik nümayiş etdirdi. Ədalətli və şəffaf şəkildə keçirilən prezident seçkiləri xalqımızın iradəsini tam əks etdirdi.
Əsas məsələ nədir?
Ərdoğan: "Hazırda bunun üzərində komanda çalışır"
Kampaniya artıq başlayıb, biz manifestimizi açıqlayacağıq.
Bahar Muradova: "Prezidentin bu fərmanı çox əlamətdar haldır"
Prezident İlham Əliyevin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərmanı çox əlamətdar haldır.
Yıldırmdan ABŞ-a mesaj: Öz işinlə məşğul ol, Türkiyədəki seçkilərlə yox
Türkiyənin Baş naziri Binəli Yıldırım ABŞ-a “öz işləri ilə məşğul olmağı” məsləhət görüb.
Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
Avropa Azərbaycanlıları Konqresi (AAK) Avropadakı soydaşlarımız adından Dağlıq Qarabağda, qoşunların təmas xəttində Ermənistan tərəfindən son günlər törədilən insidentlə bağlı BMT-yə, ATƏT-ə, Minsk Qrupunun həmsədr ölkələrinə bəyanat ünvanlayıb. “OLAYLAR”-ın xəbərinə görə, bəyanatda bildirilir ki, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan ordusu qoşunların təmas xəttində təxribatların sayını artırıb və bu, qitədə yaşayan azərbaycanlıları ciddi narahat edir: “Aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 27 yaşlı Rahim Hacıyev öz əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb. Bu hadisə bizi - Avropa Azərbaycanlıları Konqresini, Avropada yaşayan azərbaycanlıları dərindən sarsıdıb. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüquq normalarına riayət etməyərək, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına dair və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir”.
Prezident İlham Əliyev Əli Həsənovu ordenlə təltif edib
Prezident İlham Əliyev Əli Həsənovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.












